Home / QİDA  / Proteinli qida – Toyuq ruleti

Proteinli qida – Toyuq ruleti

Toyuq filesinin təbii protein mənbəyi olduğunu artıq dəfələrlə qeyd etmişik. Bugün sizlərə filedən hazırlaya biləcəyiniz toyuq ruletinin hazırlanma qaydasını təqdim edirik. Lazımdır: 1kq toyuğun döş əti (file), 3 ədəd soğan, 2 ədəd kök, 2 ədəd yumurta,

toyuq ruleti
Toyuq filesinin təbii protein mənbəyi olduğunu artıq dəfələrlə qeyd etmişik. Bugün sizlərə filedən hazırlaya biləcəyiniz toyuq ruletinin hazırlanma qaydasını təqdim edirik.

Lazımdır: 1kq toyuğun döş əti (file), 3 ədəd soğan, 2 ədəd kök, 2 ədəd yumurta, 2 ədəd bolqar bibəri, cəfəri, şüyüd, yağ, xama, duz və istiot

Hazırlanması: İlk öncə soğanla ət maşınından keçirilməlidir. Bacarırsınız isə əti çəkilmiş soğan ilə döymək daha məsləhətlidir. Yumurtanı və kökü bişiririk, kök tam bişməməlidir. Soğan xırda doğranılır və zeytun yağında qovrululur. Yumurta, kök və bibər kubik şəklində doğranılır, cəfəri və şüyüd doğranılır, soğanla birgə qarışdırılır.

Falqa üzərində açılmış file duzlanır və istiotlanır. Hazırlnamış iç filenin üzərinə qoyulur və boru şəklində qatlanır. Sobaya qoyarkən üzərinə xama sürtülür ki, yaxşı qızarsın. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın