Home / QADINLAR  / Kişilərin prezervativin istifadəsində buraxdığı 10 səhv

Kişilərin prezervativin istifadəsində buraxdığı 10 səhv

Prezervativ əsl kişi işidir. Lakin hər bir kəs işini dəqiqlik ilə bilməlidir. Bugün sizlərə kişilərin prezervativin istifadəsində buraxdığı 10 səhvi təqdim edirik. 1. Gec taxırlar Əgər infeksiyalardan uzaq olmaq istəyirsiniz isə, yaxşı olar ki, prezervativi son anda deyil,

prezervativ
Prezervativ əsl kişi işidir. Lakin hər bir kəs işini dəqiqlik ilə bilməlidir. Bugün sizlərə kişilərin prezervativin istifadəsində buraxdığı 10 səhvi təqdim edirik.

1. Gec taxırlar

Əgər infeksiyalardan uzaq olmaq istəyirsiniz isə, yaxşı olar ki, prezervativi son anda deyil, artıq ön sevişmə zamanı taxasınız.

2. Taxmamışdan öncə tam açırlar

Bunu edən kişilər “iki saatlıq” prosedurdan necə həzz alırlar? Yaxşı olar ki, artıq penisin üzərinə açılsın.

3. Daxilində hava saxlayırlar

Hamı bilir ki, prezervativin ucu boş qalmalıdır. Boş qalmaqla yanaşı kişi bura hava buraxmamalıdır ki, spermanın yığılması üçün yer olsun. Əks halda planlaşdırılmamış atalıqdan sığortalanmamış olursunuz.

4. Gec çıxardırlar

Bir çox kişilər boyunlarına alırlar ki, eakulyasiyadan sonra penislərini birazda daxildə saxlamaqdan xoşlanırlar. Lakin unutmayın ki, penis bu zaman kiçilir, prezervativ isə yox.

5. İti əşyalarla açırlar

Unutmayın ki, üst kağızını kəsən qayçı, çox asanlıqla prezervativin özünü də zədələyə bilər.

6. İstifadədən öncə baxmırlar

Yaxşı olardı ki, istifadə müddətinə, paketin sağlam, prezervativin zədələ olub olmamasına nəzər yetirəsiniz

7. Düzgün saxlanılmır

Prezervativ gün şualarından uzaq olmalı, pul çantalarında saxlanılmamalıdır.

8. Tərs üzünə geyinirlər

Bir çox kişilər prezervativi tərs üzünə geyinir və  sonradan səhvi başa düşərək, onu düzəldirlər. Lakin belə də ola bilər ki, həmin zaman artıq prezervativin üstündə sperma qalıqları qalsın ki, vaginaya daxil olan zaman sizi ata etmək yolunda hərəkətə keçsin.

9. Xüsusi kremlərdən istifadə etmirlər

Prezervatinin özü bu kremlər ilə örtülü olsa da, bəzən yetmir. Bu səbəbdən onlar cırılır. Bunu nəzərə alın.

10. İkinci dəfə istifadə edirlər

Bax bu heç yol verilməzdir!!! Bunu bir anlıq özünüzə təsəvvür edin?!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın