Home / SAĞLAMLIQ  / Qışda xəstələnməmək üçün nə etməli?

Qışda xəstələnməmək üçün nə etməli?

Qış daha çox xəstəlikləri ilə məşhur fəsillərdən  birincisidir. Bunun isə soyuq hava ilə yanaşı, bir sıra digər səbəbləri var. Bu fəsildə mümkün qədər təmiz havada çox olmaq və bol-bol C vitamini qəbul etmək lazımdır. Həkimlərin fikrincə,

qışda xəstələnməmək
Qış daha çox xəstəlikləri ilə məşhur fəsillərdən  birincisidir. Bunun isə soyuq hava ilə yanaşı, bir sıra digər səbəbləri var.

Bu fəsildə mümkün qədər təmiz havada çox olmaq və bol-bol C vitamini qəbul etmək lazımdır. Həkimlərin fikrincə, bu fəsildə xüsusilə tənəffüs yolu infeksiyaları, hətta tez-tez olmasa da, infarkt xəstəlikləri daha geniş yayılır. Bundan başqa, qışın ənənəvi xəstəlikləri sırasında insanlarda soyuqdəymə, qrip, astma-bronxitə tez-tez rast gəlinir.

Qışda adətən, bədənin immunitet sistemi zəiflədiyindən bədənimiz xəstəliklərə qarşı daha həssas olur. Bunun üçün geyiminizə xüsusi fikir verməlisiniz. Bədəninizi isti saxlayan və tərlətməyən paltarlara üstünlük verilməlidir. Həddindən artıq qalın geyinmək də məsləhət deyil. Həmçinin, otaqların qızdırılmasına da xüsusi fikir verilməlidir. Çünki həddindən artıq isti otaqlarda hava əsasən çirkli olur və bu da tənəffüs sisteminə ziyandır. Astma xəstələri və allergik dəri xəstəliyi olanlar çirkli havası olan yerlərdə çox dayanmamalıdırlar.

Qışda balanslı qidalanmaya diqqət olunmalıdır. Xüsusilə, bolluca C vitamini qəbul etmək lazımdır. Bu mövsümdə meyvə və tərəvəz daha çox yeyilməlidir.

Qışda xəstələnməmək üçün İDOL.AZ saytı sizlərə bir neçə məsləhət hazırayıb:

1. Əlinizi gözünüzə, burnunuza soxmayın. Hər yerdən əllərinizə yapışan mikrobları ən həssas yerlərə yaymayın;
2. D vitamini qəbul edin, gündəlik norma 10.000 ME;
3. İdmanla məşğul olun;
4. Burnunuzu qoruyun. Burnunuzdakı tüklər sizi mikroblardan qoruyur, lakin hava soyuq olduğu zaman bu tüklərin fəaliyyəti, az hərəkətli olduğu üçün zəifləyir. Burnunuzu isti saxlayın;
5. Yoqurt yeyin və onun tərkibindəki laktobakteriyalar sizin xəstələnmək imkanınızı 1/4 dəfə azaldacaq;
6. Yaşıl çay için. Onun tərkibindəki EGCG bakteriyaları neytrallaşdırır;
7. Əlinizi tez-tez yuyun və mütləq yaxşıca qurulayın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın