Home / QİDA  / Borş – əsl vaxtıdır

Borş – əsl vaxtıdır

Borş Sovetlər dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan yeməklərdəndir. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng

borş
Borş Sovetlər dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan yeməklərdəndir. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.

Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir.

Əgər vaxtınız varsa, borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyun ki, dadlar bir birinə qarışsın və borşunuz daha da ləziz olsun.

Lazımdır: 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti, 5 x/q zeytun yağı, 1 baş soğan, 1 ədəd orta boy çuğundur, 2 ədəd yerkökü, 2 x/q tomat, 3-4 dəfnə yarpağı, 1 ədəd orda boy kələm, 3 ədəd kartof, 2 stəkan xırda-xırda doğranmış cəfəri, zövgə görə duz, istiot

Hazırlanması:
1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ət sümükdən ayrılır, ətin suyunu süzülür ki, kəfdən təmizlənsin. Ət suyu və ət qazana geri qoyulur.

2. Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlanır. Soğan xırda-xırda doğranılır. Çuğundur və yerkökü sürtkəcin iri dişindən keçirilir. Kələm nazik-nazik doğranılır (təxminən 4 stəkan alınmalıdır). Kartoflar soyulur və iri-iri dilimlənir.

3. Tavada yağ qızdırlır və soğan bu yağda yumuşalanadək bişirilir. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirilir. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirilir.

4. Bişən tərəvəzlər və dəfnə yarpağı ət suyu olan qazana əlavə edilir. (QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazan qaynadılır, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirilir.

5. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir. Nuş olsun! (azcookbook.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın