Home / XƏBƏRLƏR  / İdol.az saytı MilliNet internet mükafatına layiq görülüb

İdol.az saytı MilliNet internet mükafatına layiq görülüb

Əziz və hörmətli oxuyucularımız saytımız İDOL.AZ Milli İnternet Mükafatına layiq görülüb. Sayt Asüdə vaxt, idman və əyləncə kateqoriyasında birinci olub. Saytımız nominant olan kinolar.tv, sprotsmen.az, mp3.mid.az, astroloji.az, derbi az kimi rəqiblərini geridə qoyaraq əsas mükafat olan

millinet
Əziz və hörmətli oxuyucularımız saytımız İDOL.AZ Milli İnternet Mükafatına layiq görülüb. Sayt Asüdə vaxt, idman və əyləncə kateqoriyasında birinci olub.

Saytımız nominant olan kinolar.tv, sprotsmen.az, mp3.mid.az, astroloji.az, derbi az kimi rəqiblərini geridə qoyaraq əsas mükafat olan Butaya sahib çıxıb.

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

19 dekabr tarixdə Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2014 qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək artıq 6-cı il keçirilən Milli Net 2014 haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.

Milli Net-ə 14 Nominasiya üzrə 322 sayt təqdim olunduğunu və onlardan yalnız 272 saytın yarışmaya buraxıldığını bildirib.

Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti 2-ci səsvermə prosesində 78 Nominant arasından ən yaxşılarının seçildiyini bildirib.

Səsvermənin nəticələrini sizinlə paylaşırıq:

millinet nəticə

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın