Home / SAĞLAMLIQ  / Təngnəfəslik: nədir, səbəbləri, müalicəsi

Təngnəfəslik: nədir, səbəbləri, müalicəsi

Təngnəfəslik - nəfəs dərinliyi və tezliyinin pozulmasıdır ki, bu zaman insanlar hava çatışmamazlığı ilə üzləşirlər. Ürək xəstəlikləri zamanı təngnəfəslik fiziki yüklənmə, adi və uzanan vaxtda baş verir. Ürək xəstəlikləri zamanı əgər təngnəfəslik gecə saatlarında baş verirsə,

təngnəfəslik
Təngnəfəslik – nəfəs dərinliyi və tezliyinin pozulmasıdır ki, bu zaman insanlar hava çatışmamazlığı ilə üzləşirlər. Ürək xəstəlikləri zamanı təngnəfəslik fiziki yüklənmə, adi və uzanan vaxtda baş verir.

Ürək xəstəlikləri zamanı əgər təngnəfəslik gecə saatlarında baş verirsə, bu artıq ürək astmasının olmasına işarədir. Bu hallarda təngnəfəslik ispirator olur, yəni nəfəs alınmasında baş verir. Ekspirator təngnəfəslik isə (nəfəsin verilməsində yaranan problem) əsas bronxlarda olan problemlərə işarədir. Beyin təngnəfəsliyi şiş və ya qansızması zamanı müşahidə olunur.

Təngnəfəsliyin yaranma səbəbləri

Təngnəfəslik ürək-damar və nəfəs sisteminin patologiyası ilə birbaşa bağlıdır. Sinə nahiyəsində kəskin ağrılar və təngnəfəslik artık infarkta işarədir. Bəzən sinə aortasının dağılması boğulmalara gətirib çıxarda bilər.

Sinə nahiyəsində ağrı, təngnəfəslik və təzyigin düşməsi həmçinin ağciyər arteriyasının tromb ilə tutulmasına işarə ola bilər.

Təngnəfəsliyin ola biləcək səbəbləri:

Ürək-damar xəstəlikləri:
Arterial təzyiqin qalxması;
Ağciyər arteriaların tutulması;
Stenokardiya;
İnfarkt pnevmoniyası;
İnfarkt miokarda;
Sinə aortasının dağılması;
Ürək çatışmamazlığı.

Nəfəs orqanları sisteminin xəstəlikləri:
Traxeit;
Pnevmoniya;
Bronxit;
Plevrit.

Sinir sistemi xəstəlikləri:
Nevroz.

Təngnəfəsliyin müalicəsi

Müalicə ilk öncə orqanizmin təngnəfəsliyə gəlmiş vəziyyətini korrerksiya etməkdir. Bir çox ağır müalicilərə baxmayaraq təngnəfəsliyin qalması ehtimalı vardır.

Ağciyər havalanmasının yaxşılaşmasını təngnəfəsliyin azalması ilə təyin etmək olduqca çətindir. Bütün terapiyalara baxmayaraq təngnəfəslik ilə mübarizə aparmaq üçün siqaret atılmalıdır. Fiziki reabilitasiya fiziki yüklənmə zamanı təngnəfəsliyi azaldacaq.

Təngnəfəsliyin müalicəsində ən əsas olan məqam diaqnozun düzgün qoyulmasıdır. Beləki bu xəstəliyin kökünün tapılması mütləqdir. Yalnız təngnəfəsliyin müalicəsi yanlış bir addımdır.

Təngnəfəsliyin müalicəsi:
İnfeksiyalar ilə mübarizə;
Mədə-bağırsaq traktının, damar və limfa sistemlərinin fəaliyyətinin normallaşdırılması;
İmmunitetin qaldırılması;
Orqanizm enerjisinin normaya uyğun qaldırılması.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın