Kişi dəbində 2015 qış tendensiyası
İDOL.AZ saytı sizlərə 2015-ci il qış dəbinin əsas 10 tendensiyasını təqdim edir. Dəri Dəri hər zaman dəbdə, bahalı görkəm verən və uzunömürlü olmaqla fərqlənib. Dəri şalvar, köynək və gödəkçələr bu mövsümün əvəzolunmazıdır. Hərbi motivlər Əsl kişiliyi və gücü təcəssüm
İDOL.AZ saytı sizlərə 2015-ci il qış dəbinin əsas 10 tendensiyasını təqdim edir.
Dəri
Dəri hər zaman dəbdə, bahalı görkəm verən və uzunömürlü olmaqla fərqlənib. Dəri şalvar, köynək və gödəkçələr bu mövsümün əvəzolunmazıdır.
Hərbi motivlər
Əsl kişiliyi və gücü təcəssüm edən print sözsüz ki, hərbi motivlərdir. Bu mövsümün ən dəbdə olan tendensiyalardandır.
Yumuşaq məxmər
Məxmər dəst geyimi hələ bir neçə il bundan öncə keçmişin dəbi olsa da, bu ildən yenidən dəbə minir. Bugün məhz məxmər sizi gecənin ən yaraşıqlı və dəbli kişisi edə bilər.
Xamıt — soyuqdan müdafiə
Bəzən bizdə də dözülməz soyuqlar olur, xüsusən Bakının küləyini nəzərə alsaq. Boğazınızı soyuqdan qorumaq üçün xamıt şərflərdən istifadə etməyi məsləhət bilirik. Bu ilin dəbidir, dostlar.
Müxtəlif damalar
Dama-dama print köhnəlməyən klassik dəbdir. Bu il dama motivli geyimlər seçərkən, şotland damasına üstünlük verməlisiniz. Digər həndəsi fiqurlarla sintez olunmuş damalar da olduqca dəbdədir.
Oversize
Massivlik bu il çox aktualdır. Buna nail olmaq üçün oversize üst geyimləri və sviterlərdən istifadə edə bilərsiniz.
Qiymətli xəz
Cari mövsümdə xəz olduqca populyardır. Manjetlər, yaxalar xəz dekoru ilə olduqca dəbdədir.
Dəmir
Dəmir rəngli və ya aksessuarlı geyimlərə dirnaqarası baxanlara məsləhətimiz fikirlərini bir daha gözdən keçirsinlər. Bu il dizaynerlər bu rənglərə və aksessarlara böyük üstünlük veriblər.
Ziddiyət nə qədər çox olsa, bir o qədər yaxşıdır
Böyük, parlaq, balaca və s. Bu printlər bu ilin dəbidir və həmişə cazibəli olur. Darıxdırıcı geyimlərə “yox” deyin.
Ən canlı rənglər
Bütün qış passivliyi və pessimisliyini aradan qaldıracaq tendensiya. Qırmızı, göy, yaşıl, sarı rənglər sizin əhvalınızı yüksək tutacaq.