Home / QADINLAR  / Müxtəlif yaş dövrlərində qadınlar nə istəyirlər?

Müxtəlif yaş dövrlərində qadınlar nə istəyirlər?

Əgər bu sualı qadınlara versəniz, hamı təxminən, eyni cavabı verəcəklər: sevgi, diqqət, hörmət, anlaşılmaq, yumor, əliaçıqlıq. İlk baxışdan hər şey bəllidir, lakin "amma"sı var. Hər bir qadın bu ümumi maddələrə özlərinə xass maddələr əlavə edəcəklər. Psixoloqlar

qadın
Əgər bu sualı qadınlara versəniz, hamı təxminən, eyni cavabı verəcəklər: sevgi, diqqət, hörmət, anlaşılmaq, yumor, əliaçıqlıq. İlk baxışdan hər şey bəllidir, lakin “amma”sı var.

Hər bir qadın bu ümumi maddələrə özlərinə xass maddələr əlavə edəcəklər. Psixoloqlar qeyd edirlər ki, qadın yaşı dəyişdikcə üstünlüklərini də dəyişir. Bunları anlamaq üçün aşağıdakıları oxumağınız məsləhətdir.

Əgər qadının 20 yaşı varsa

Bu yaşlarda qadınlar hər bir yeniliyə açıqdırlar. Onlar dünyanı gəzməyə razıdırlar. Yumor və xarizmatiklik onları cəlb edir. Kütləni sevir, açılışlar, premyeralar, banketlər onların ürəyincədir. Valideynlərinə olduqca bağlı olurlar və onlara qarşı kritikaya dözmürlər. Çalışın onun ətrafına uyğunlaşasınız ki, qadın sizi rahat qəbul edə bilsin. Cinsi əlaqədə onlar sükanı sizə verirlər.

Əgər qadının 30 yaşı varsa

30 yaşlarında qadınlar artıq böyüməyin vaxtı olduğunu düşünür, onlar daha çox ailə barəsində düşünürlər, övlad arzusunda olurlar. Bu səbəbdən bu yaşlarda qadını gecə klubuna aparmaq doğru olmazdır. Ən yaxşı istirahət tək ikiniz evdə onun bişirdiyi şam yeməyi olacaq. Həmçinin sakit bir kofe, klassik musiqi konserti də istirahət məkanı kimi qəbul olunur. Bu yaşlarda qadınlar daha çox cinsi əlaqəyə meyilli olurlar və sükanı öz əllərinə almağı sevirlər.

Əgər qadının 40 yaşı varsa

Bu yaşlarında qadınlar özlərindən olduqca əmin olurlar. Onlar sözü düzünə deyirlər və artıq bir çoxlarından çəkinmirlər. Kişidən onlar ciddi xarakter, bilik və xoş söz gözləyirlər. Bu yaşlarda qadınlar görünüşlərindən çox narahat olduqlarından, bəzən yalan tərifə də razıdırlar. Cinsi əlaqədə kişini razı salmaq üçün hər bir şey etməyə razıdırlar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın