Home / XƏBƏRLƏR  / Azərbaycanlı dizaynerin uğuru!

Azərbaycanlı dizaynerin uğuru!

Azərbaycanlı dizayner Samir Sadıxov "DACAR" adlı təkər dizaynı ilə Hankook şirkətinin dünya üzrə keçirdiyi "Hankook Tyre Design Challenge 2014"-ün qalibi seçilib. Samir Sadıxov məhşur və dəbdəbəli Lamborghini avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda

samir sadıxov
Azərbaycanlı dizayner Samir Sadıxov “DACAR” adlı təkər dizaynı ilə Hankook şirkətinin dünya üzrə keçirdiyi “Hankook Tyre Design Challenge 2014”-ün qalibi seçilib.

Samir Sadıxov məhşur və dəbdəbəli Lamborghini avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb.

Bu sahədə ilk peşəkar azərbaycanlı olmağı “gözəl” kimi təsvir edən cənab Sadıxovun ən böyük arzusu, Azərbaycanda bu sahənin inkişafı, daha çox insanın avtomobil dizayneri olması və gələcəkdə yerli avtomobil istehsalı şirkətlərində çalışmasıdır.

O, bundan əvvəl də dünyanın 30 dizayn universitetindən 500-dən çox tələbənin qatıldığı “Ferrari World Design Contest” müsabiqəsinin bir neçə turunu keçərək iştirakçılar arasından 2-ci yerə layiq görülmüşdü. Samir Ferrari şirkəti üçün “Xəzri” modelinin dizaynını hazırlamışdı.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın