Home / QADINLAR  / Cinsi istəksizliyin 13 səbəbi

Cinsi istəksizliyin 13 səbəbi

Cinsi həyat insanlar, xüsusən də kişilər üçün olduqca vacibdir. Cinsi istəksizlik hər iki cins üçün problemdir və onun ola biləcək səbəblərini sizlərə təqdim edirik. Yuxu Yuxudan tez durub gec yatmaq səbəblərdən biridir. Az yuxu yatan insanların orqanizmi

cinsi istəksizlik
Cinsi həyat insanlar, xüsusən də kişilər üçün olduqca vacibdir. Cinsi istəksizlik hər iki cins üçün problemdir və onun ola biləcək səbəblərini sizlərə təqdim edirik.

Yuxu

Yuxudan tez durub gec yatmaq səbəblərdən biridir. Az yuxu yatan insanların orqanizmi həm fiziki və həm də mənəvi istimar olunaraq, yorulur.

Çox yemək

Mütəxəssislərə görə artıq çəki və çox yemək cinsi göstəricilərə mənfi təsir göstərir. Buna səbəb kök insanların özünə inamın itirməsidir və onlarda yaranmış cinsi komplekslərdir.

Stres

Stres cinsi həyata mənfi təsir göstərən ən böyük səbəblərdən biridir. İş stresi, pul problemləri, ailə problemləri libidonuzu azaldır və cinsi istəksizlik ortaya çıxır.

Klimaks

Bir çox qadın klimaks zamanı cinsi istəklərinin azaldığını düşünürlər. Klimaks zamanı orqanizmdə baş verən hormon dəyişiklikləri bütün bədənə təsir edir. Lakin klimaksı idarə edən dərmanlar mövcuddur.

Bədən quruluşu

Bədən quruluşunuzun görkəmi və artıq çəkinizə görə özünüzü seksual hesab etməyə bilərsiniz. İdmanla məşğul olun həm görkəminiz, həm də hormonlarınız normaya düşsün.

Dərman preparatları

Bəzi dərmanlar cinsi istəksizlik yarada bilər. Daimi istifadə etdiyiniz dərmanın dozasının artması və ya azalması da cinsi istəksizlik gətirə bilər.

Testosteron

Testosteron hər iki cinsi də maraqlandıran bir mövzudur. Kişilərdə testosteronun ən pik saatları səhərlər hesab olunur. Testosteronun səviyyəsi kişilər üçün cinsi baxımdan olduqca önəmlidir. Onun səviyyəsinin az olması cinsi istəksizliyə gətirib çıxardır.

Ereksiya

Ereksiya problemləri kişiləri cinsi həyatdan uzaqlaşdırır.

Depressiya

Əgər cinsi istəksizlik yeni başlayırsa, bu fərqində olmadığınız depressiyanın başlanğıcı ola bilər.

Münasibətlər

Cütlüklər arasında həlli tapılmamış problemlər cinsi istəksizliyə səbəb ola bilər. Cinsi həyatda mənəvi yaxınlıq olduqca əhəmiyyətlidir.

Spirtli içkilər

Spirtli içkilər kefinizi açsa da, cinsi həyata gəldikdə, faydasından çox ziyanı vardır.

Uşaqlar

Uşaqlar, cütlüklərin bir-birinə vaxt ayırmasına maneə ola bilər. Bu kimi vəziyyətlərdə uşaqlarsız qısa bir səyahətə çıxmaq məsləhətdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın