Home / GÖRKƏM  / Sızanaqlardan ömürlük qurtulun: TOP-8 metod

Sızanaqlardan ömürlük qurtulun: TOP-8 metod

Heç bir antibiotik və lazerlərdən qorxmayan problemli dəriniz var? Bəzən yoxlanılmış xalq təbabəti sizə kömək ola bilər. Minimum 40% kişi keçid yaş dövrlərində sızanaq kimi problemlərlə üzləşirlər. Əgər hələ də sızanaqlar sizi narahat edirsə, yaxşı olar ki,

sızanaqlardan qurtulmaq
Heç bir antibiotik və lazerlərdən qorxmayan problemli dəriniz var? Bəzən yoxlanılmış xalq təbabəti sizə kömək ola bilər.

Minimum 40% kişi keçid yaş dövrlərində sızanaq kimi problemlərlə üzləşirlər.

Əgər hələ də sızanaqlar sizi narahat edirsə, yaxşı olar ki, dermatoloqlara müraciət və onların dediklərinə riayət edəsiniz. Lakin siz özünüzdə bununla mübarizə aparmağa çalışa bilərsiniz.

Beləliklə, xalq təbabəti vasitələri:

1. Cövüzü (мускатный орех) qaynadılmamış süd ilə qarışdırın. Alınmış məlhəmi sızanaqların üzərinə sürtün və 2 saatdan sonra yuyun.

2. Darçın tozunu 1-e 2 normasında bal ilə qarışdırın və yatmamışdan əvvəl sızanaqların üzərinə sürtün. Səhər ilıq su ilə yuyun. Bunu ardıcıl hər gün iki həftə ərzində təkrarlayın.

3. Apelsin qabığından da istifadə edə bilərsiniz. Apelsin qabığını superxırda doğradıqdan sonra bir neçə damcı su ilə qarışdırın və problemli dərinizə sürtün.

4. Bir xörək qaşığı laym şirəsini (limon yox!) bir xörək qaşığı yerfındığı yağı ilə (арахисовое масло) qarışdırın. Qarışımı üzünüzdə 15-20 dəqiqə saxlayın.

5. Üzünüzə təzə sıxılmış nanə şirəsini sürtün.

6. Eyni miqdarda gülab və laym şirəsini qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra yuyun.

7. Qaynadılmış soyuq südə bir qədər laym şirəsini qataraq üzünüzü yuyun.

8. Gülab və səndəl ağacının yağından alınan qarışımı üzünüzə sürtün. Maksimum 20 dəqiqədən sonra yuyun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın