Kişilərdə ilk seks – ən çətin
Kişilərin ilk cinsi əlaqəsi barəsində olduqca az yazılır. İDOL.AZ bugün bu məsələdə bəzi fikirlərə aydınlıq gətirməyə çalışacaq. Üç ən düzgün olmayan fikir Birinci: kişilər üçün ilk dəfə, qadınlar üçün kimi vacib deyil. Nə qədər kişilər bunu etiraz etsələr
Kişilərin ilk cinsi əlaqəsi barəsində olduqca az yazılır. İDOL.AZ bugün bu məsələdə bəzi fikirlərə aydınlıq gətirməyə çalışacaq.
Üç ən düzgün olmayan fikir
Birinci: kişilər üçün ilk dəfə, qadınlar üçün kimi vacib deyil.
Nə qədər kişilər bunu etiraz etsələr də, start – kişi olmağın bir ritualıdır. Bu startdan bütün gələcək intim həyat asılı olur ki, onun vacibliyi şübhə altına alına bilməz.
İkinci: kişilər daha tez başlayırlar.
Bu yalnız bir fikirdir. Məktəbdə uşaqlar nə qədər sinələrinə vursalar da, dünya statistikasına görə, kişilər adətən 17-18 yaşlarında, müsəlman ölkələrində isə daha da gec ilk dəfə qadını “tanıyırlar”.
Üçüncü: kişilər üçün ilk dəfə asan bir işdi.
Unutmayın, qızlardan heçnə tələb olunmur, kişilər isə bacarmadıqları bir şeylər ilk dəfədən bacarmalı olurlar. Düzgün yeri tapmaq, tez boşalmamaq kimi problemlər kişiləri narahat edir. Beləki, ilk dəfədən üzü ağ çıxmaq üçün kişilik tələb edir.
Ümumiyyətlə dünyada 75% kişi ilk seks təcrübəsini uğursuz hesab edir. Bəzən ilk seksdən sonra kişilər depressiyaya düşür və hətta nəticədə impotensiyaya belə gəlib çatırlar. Lakin unutmayın ki, dövrün ən təcrübəli maçoları belə, vaxtı ilə bu etapları keçmişdirlər.
Ən yaxşısı isə kişi qadınlar kimi özlərini sevdikləri yarları üçün qorusunlar. Çünki sevgi olan yerdə nə siz, nə də qadın ilk seks zamanı komplekslər yaşamayacaqsınız.