Home / XƏBƏRLƏR  / Mobil operatorların reklam SMS-lərinə son qoyulacaq

Mobil operatorların reklam SMS-lərinə son qoyulacaq

Azərbaycanda “Telekommunikasiya haqqında” qanuna yeni dəyişikliklər edilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: “Yəqin ki, Milli Məclisdə bu qanun layihəsi müzakirə olunacaq və qəbul ediləcək”. Nazir qeyd edib

reklam mesajları
Azərbaycanda “Telekommunikasiya haqqında” qanuna yeni dəyişikliklər edilib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: “Yəqin ki, Milli Məclisdə bu qanun layihəsi müzakirə olunacaq və qəbul ediləcək”.

Nazir qeyd edib ki, bu qanunun qəbul olunması ölkədə mobil danışıq və internet qiymətlərinə, eləcə də keyfiyyətinə təsir edəcək: “Qanun qəbul edilsə, mobil operatorların abunəçilər qarşısında olan öhdəliklərinin daha da sərtləşməsi istiqamətində işlər görüləcək.

O cümlədən, mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS və reklamların göndərilməsi və abunəçilərin narahatlığına səbəb olması həmin qanuna dəyişikliklərdə əksini tapıb”.(virtualaz.org)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın