Home / GÖRKƏM  / Soyuqdan qorunmaq: TOP-4 dəbli məsləhət

Soyuqdan qorunmaq: TOP-4 dəbli məsləhət

Mütləq deyil ki, soyuqdan qorunmaq üçün "kələm" kimi geyinəsiniz. 10 dərəcəli şaxtada da dəbli görünmək üçün bizim yazını oxuyun. Şərf Heç bir halda palto və ya papaq rəngində şərflərdən istifadə etməyin. Dəbli kişi üçün bu çox ciddidir.

qış dəbi
Mütləq deyil ki, soyuqdan qorunmaq üçün “kələm” kimi geyinəsiniz. 10 dərəcəli şaxtada da dəbli görünmək üçün bizim yazını oxuyun.

Şərf

Heç bir halda palto və ya papaq rəngində şərflərdən istifadə etməyin. Dəbli kişi üçün bu çox ciddidir. Lakin rəng seçimində də ehtiyatlı olun, “qışqıran” rənglərdən uzaq durun. Uzunluğu da “norma” olmalıdır. Ən yaxşı parça – kaşemir.

Palto

Palto alarkən onun etiketindəki məlumatları diqqətlə oxuyun. Materialı 70% yundan olan paltoları seçin və cemperin üzərindən geyinin.

Şalvar

Qışın soyuğunda yaxşı olar ki, velvet şalvarlara üstünlük verəsiniz, ən yaxşı isti seçimdir. Çalışın şalvarın rəngi palto və ayaqqabınıza uyğun olsun, dar modellər məsləhət bilinir.

Botlar

Qışda ən yaxşısı suya davamlı botlar seçməkdir. Taxılma yun içlikli bot isə sizin üçün tapıntı olacaqdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın