Home / SAĞLAMLIQ  / Ayaq dırnağının ətə batması

Ayaq dırnağının ətə batması

Əksər hallarda (95%) bu ayaq baş barmağında baş verir. Əgər barmağınız şişirsə, dırnağınız forma və rəngini dəyişirsə, gəzən zaman barmağınızda ağrı hiss edirsiniz isə, bilin ki, bu onixokriptozdur (latınca dırnağın ətə batması). Bu xəstəliyə istənilən

batan dırnaq
Əksər hallarda (95%) bu ayaq baş barmağında baş verir. Əgər barmağınız şişirsə, dırnağınız forma və rəngini dəyişirsə, gəzən zaman barmağınızda ağrı hiss edirsiniz isə, bilin ki, bu onixokriptozdur (latınca dırnağın ətə batması). Bu xəstəliyə istənilən yaşda tutulmaq olar, siz ayaq gigiyenanıza fikir versəniz belə.

Dırnağın ətə batmasının səbələri

1. Düzgün kəsilməmiş dırnaq (çox dərindən və dırnağın uclarını kəsməyə dəyməz).
2. Dırnaq göbələyi: dırnaq saralır, qalınlaşır və ovulur.
3. Ayaq altının yastı olması.
4. Dar ayaqqabı.
5. Dırnaq nahiyyəsində zədə.
6. İrsi.

Sadalanan hər bir problemdən biri sizi bir ay və hətta bir il çətin və ağrılı vəziyyətdə qoya bilər. Pedikür və özünü müalicə yalnız müvqqəti sizə rahatlıq verir, ağrılar müəyyən müddətdən sonra geri dönür. Kökündən həll etmək üçün cərrahiyə əməliyyatı mütləqdir. Əgər göbələk varsa, üstəlik dermatoloqun müdaxiləsi vacibdir.

Bundan necə qaçmaq olar?

1. Vaxtında və düzgün dırnaqların tutulması vacibdir: çox qısa və dərindən kəsmək olmaz.
2. Başqaların ayaqqabı və ya şəp-şəpilərindən istifadə etmək olmaz, göbələk yarana bilər.
3. Ayaq altının yastı olduğu zaman ortopedik ayaqqabılardan istifadə etmək və xüsusi məşq, masajlardan istifadə etmək.
4. Dar ayaqqabı geyinmək olmaz, dar uclu ayaqqabılardan uzaq gəzmək lazımdır.
5. Zədələrdən qorunmalı və vaxtında zədəni müalicə etmək.

Bu qaydalara irsi xarakter daşıyırsınız isə mütləq riayət etməlisiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın