Home / XƏBƏRLƏR  / Onu Corc Buşun karikaturasına görə öldürdülər. Leyla al-Attar

Onu Corc Buşun karikaturasına görə öldürdülər. Leyla al-Attar

20 il öncə, Səddam Hüseyn vaxtlarında iraq rəssamı Leyla al-Attar, o zaman ABŞ prezidenti olan Corc Buşun (ata Buş) karikaturasını çəkmişdir. Şəkil Bağdadda "Rəşid" otelinin girişinə yerləşdirilmişdir. Bu otel öz beynəlxalq konfransları ilə, tanınmış qonaqları ilə

leyla al-attar
20 il öncə, Səddam Hüseyn vaxtlarında iraq rəssamı Leyla al-Attar, o zaman ABŞ prezidenti olan Corc Buşun (ata Buş) karikaturasını çəkmişdir.

Şəkil Bağdadda “Rəşid” otelinin girişinə yerləşdirilmişdir. Bu otel öz beynəlxalq konfransları ilə, tanınmış qonaqları ilə daim seçilmişdir.

Bu ona görə edilmişdir ki, ata Buş İran körfəzində müharibə zamanı dinc əhali tərəfindən istifadə olunan “al-Amiriya” sığınacağının 13 fevral 1991-ci ildə havadan atəşə tutulmasına əmr etmişdir. Nəticədə 408 dinc əhali dünyasını dəyişmişdir.

Otelin girişində yerləşdirilən karikatura ABŞ administrasiyası və hərbiçilərin xoşuna gəlməmiş və 1993-cü ildə, Buşun əmri ilə Leyla al-Attarın evi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən atəşə tutulmuş, nəticədə rəssamla eyni zamanda bütün ailəsi dünyasını dəyişmişdir.

O zaman bu heç kimə təəccüblü gəlməmiş. Söz azadlığını axtaran olmamışdır. Günahsız rəssam və ailəsinin öldürülməsi KİV nümayəndələrinin diqqətini cəlb etməmişdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın