Home / QİDA  / Protein ziyandırmı?

Protein ziyandırmı?

Bir dəfəyə nə qədər zülal həzm olunur, artıq zülal qaraciyər və böyrəklər üçün ziyandırmı, maye aminoturşular lazımdırmı? Nə qədər zülal qəbul etmək olar? Bir çoxları əmindir ki, insan orqanizmi bir qida qəbulu zamanı 20 qram zülaldan artıq

protein
Bir dəfəyə nə qədər zülal həzm olunur, artıq zülal qaraciyər və böyrəklər üçün ziyandırmı, maye aminoturşular lazımdırmı?

Nə qədər zülal qəbul etmək olar?

Bir çoxları əmindir ki, insan orqanizmi bir qida qəbulu zamanı 20 qram zülaldan artıq həzm edə bilməz. Onlar iddia edirlər ki, artıq zülal qarında “çürüyür”. Buna görə insanlar iki saatdan bir qida qəbulu rejiminə üstülük verirlər ki, güya bununla orqanizmi “aldadaraq”, zülal məhdudiyyətini aradan qaldrımış olurlar.

Bir dəfəyə nə qədər zülal həzm olunur?

Yuxarıda qeyd olunan fikir insan orqanizminin fiziologiyasına tam ziddir. Sirr deyil ki, ətin həzmi üçün orqanizmə 6 saat vaxt tələb olunur ki, bu zaman çərçivəsində zülal aminoturşu halında qana kiçik porsiyalar ilə daxil olur. İstənilən normal protein orqanizm tərəfindən həzm olunur. Əgər siz qeyri normal miqdarda qida qəbul etsəniz, orqanizm onu geri qaytararaq (qusaraq) sizə cavab verəcək.

Toz protein ziyandırmı?

Çox vaxt belə fikir ilə rastlaşmaq olar ki, zülal insan orqanizmi üçün ziyandır. İnsanlar toz proteini qəbul edərək, nəticədə böyük xəstəliklər əldə edirlər. Zülala qarşı olanlar gündəlik 80 qram normanı aşmağı təhlükəli bilirlər. Müasir idman ədəbiyyatı bu mifləri inkar edir və heç bir araşdırma bunları sübüt etməmişdir.

Qaraciyər və böyrək üçün proteinin ziyanı

Bəli, 1973-cü ildə eksperiment aparılmış və sıçanları beş gün ac saxlayaraq onlara yüksək miqdarda zülal yedirilmiş və nəticədə onların qanında toksinlər artmışdır ki, bu da böyrəklərə ziyandır. Lakin bu eksperimenti relevant hesab etmək çətindir. Əlbəttə ki, digər baza elementlər olmadan, yalnız zülalın yüksək miqdarda olması ziyandır. Lakin əgər siz idman ilə məşğulsunuz isə və rasionunuz müxtəlifdirsə, zülal ziyanlı ola bilməz.

Əzələ artımı üçün nə qədər proteinə ehtiyac var?

Yuxarıdakılara baxmayaraq, elə araşdırmalar var ki, sübut edilir ki, zülalın əzələ kütləsinə çevrilməsi üçün lazım olan miqdarı bir dəfəyə 20-25 qramdır. Yüksək miqdarlar effekt vermir. Başqa sözlə, proteinin orqanizm tərəfindən istənilən miqdarda həzm etmək bacarağına baxmayaraq, güc məşqlərindən sonra tələb olunan optimal protein miqdarı 20-25 qramdır.

Yavaş və sürətli protein

İstehsalçılar tərəfindən formalaşdırılmış yavaş və sürətli protein düşüncəsi “şişirtmədir”. Proteinin həzm olmasında fərq vardırsa da, bu olduqca cüzidir və 15-20% təşkil edir. Yavaş proteinin mütləq yuxudan öncə qəbul edilməsi sübut olunmamışdır. Yaxşı olar ki, məşq edənlər daha çox məşqdəki nöqsanları aradan qaldırmağa meyilli olsunlar.

Aminoturşular lazımdırmı?

Digər yayılmış mif – maye aminoturşuların möcüzəsidir. Unutmayın, aminoturşular istənilən zülalın tərkib hissəsidir. Aminoturşular toz proteində, ətdə, balıqda və s. məhsullarda vardır. Ətdən zülalın həzm olunma faizi 89-95%, toz proteindən isə 95-98% təşkil edir. Maye aminoturşular hiss olunacaq qədər effektivliyi artırmayacaq və üstəlik, əzələ artımı üçün bu mayeni litrlərlə qəbul etmək lazım olacaq.

Yüksək miqdarda zülalın qəbulu artıq qaraciyər və böyrək problemləri olan insanlar üçün məsləhət bilinmir. Tam sağlam insan üçün zülalın heç bir ziyanı yoxdur və bir dəfəyə 20 qram zülal həddi, sadəcə mifdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın