Home / SAĞLAMLIQ  / Ayaqda qabar: növləri və müalicə

Ayaqda qabar: növləri və müalicə

Qabarla rastlaşmayan dünyada az insan vardır. Qabar sürtülmədən və dəriyə olan təzyiqdən əmələ gəlir. Bununla da dərimiz mexaniki zədədən özünü qorumuş olur. Əsasən qabarlar ayağın altı və barmaqların arasında əmələ gəlirlər. Günün əksər saatlarını insanlar ayaqüstə

ayaq mozolları
Qabarla rastlaşmayan dünyada az insan vardır. Qabar sürtülmədən və dəriyə olan təzyiqdən əmələ gəlir. Bununla da dərimiz mexaniki zədədən özünü qorumuş olur. Əsasən qabarlar ayağın altı və barmaqların arasında əmələ gəlirlər.

Günün əksər saatlarını insanlar ayaqüstə keçirirlər. Ayaq həmişə rahat ayaqqabıda olmur, üstəlik bütün yük məhz ayaqlarınıza düşür.

Ayaqda qabarın əmələ gəlməsinin əsas səbəbləri:

* düzgün seçilməmiş ayaqqabı;
* keyfiyyətsiz corab;
* yüksək ayaq tərləməsi.

Qabarın ayaqda yaranma yerləri.

Ayaqda qabar müxtəlif yerlərdə yarana bilər: barmaqlarda, daban altında, qıraq hissələrdə. Onlar yetərincə ağrıverici olurlar və narahaçılıq yaradırlar. Qabarın yaranmasına ayaq strukturunun individuallığı təsir edir. Ortopedik problemlər, həyat tərzi, ayaqqabı seçimi – bunlar təsiredici faktorlardır.

Barmaqlarda qabar

Buna əsas səbəb dar ayaqqabıların geyinilməsidir. Dar ayaqqabı ayağınızı sıxır və nəticədə barmaqlar bir-birinə sürtülür. Həmçinin bu hallar barmaq sümüyünüzün əyri olması ilə də müşahidə oluna bilir. Bu zaman sulu və bərk qabarlar yarana bilir.

Dabanda qabar

Dabanda qabarın yaranmasına əsas səbəb yürüş zamanı olan diskomfortdu. Bərk ayaqqabı dabanı, sərt tikiş, düzgün ölçüdə olmayan ayaqqabı qan çıxana qədər dabanınızı sürtə bilər.

Ayaqaltı qabar

Ayaq altında qabarlar əsasən yan tərəflərdə, barmaqaltı nahiyəsində, dabana yaxın hissələrdə yaranır. Bu qabar insan üçün əsl əzabdır.Ayaqaltı qabarlar adətən quru olur və vaxtında götürülmədiyi zaman bərkiyir və qan dövranını pozur.

Ayaqlarda qabarın növləri

Qabarın yaranması tez və ya gec ola bilər. Sulu qabar dərinin dərhal reaksiyası olduğu halda, bərk və kötük tipli qabar bir günə yaranmır.

Sulu qabar

Sulu kisə formasında olan qabarın içində limfa su ilə dolur. Bəzən qan damarları zədələndiyi halda suda qan da müşahidə olunur. Yaxşı olar ki, bu tip qabar zamanı yaranmış kisə zədələnməsin və özü quruyub getsin. Limfa suyu altdakı dərini zədələrdən qoruyur və əgər kisə zədələnmiş olsa, həmin yer təmiz saxlanılmalıdır.

Ayaqda quru qabar

Bir yerə daimi olunan təzyiq nəticəsində quru qabar yaranır. Həmin yer zamanla qalınlaşır və bərk səth yaranır. Bir qayda olaraq, bərk qabarlar ağrısız olurlar. Qorxulusu odur ki, onların inkişafı dayanmır. Təmizlənmədiyi və ya müalicə olunmadığı zaman kötük tipli qabara çevrilə bilirlər.

Ayaqda kötük tipli qabar

Qalmış və təmizlənməşi qabar kötük salır və qabarın ortasında nöqtə şəklində yara və deşik olur. Bu tip qabarlar müalicə olunmadığı halda sinirləri sıxa, dözülməz ağrılara səbəb ola bilər. Bu qabarlar mütləq təmizlənməlidir.

Ayaqda qabarın müalicəsi

Qabarın yaranması təbii haldır. Lakin onları nəzarətsiz buraxmaq olmaz. Əks halda infeksiya düşə bilər və daha ağır formaları qabara çevrilə bilər. Təzə qabarlarla mübarizə aparmaq daha asandır. Bərk və quru qabarlara qulluq etmək lazımdır.

Sulu qabarın müalicəsi

İlk öncə sulu kisəyə maksimal rahatlıq verilməlidir. İmkan olduqca qabara “nəfəs almağa” imkan yaratmaq lazımdır. İmkan daxilində ayaqqabını və corabı çıxartmaq. Çirk düşməməli, yaxşı olar ki, kisə cırılmasın. Əgər cırılıbsa antiseptiklə təmizləmək lazımdır, infeksiyanın düşməsinə imkan yaradılmamalıdır. Qurumasını gözləmək lazımdır.

Quru qabarların müalicəsi

Kök salmış qabarı ev şəraitində aradan qaldırmaq çətindir. Bu tip qabarlarla eksperiment aparmaq arzuolunmazdır.

Kliniki şəraitdə kök tipli qabarın aradan qaldırılması:

* aparat prosedurları; ;
* krioterapiya;
* lazer terapiyası.

Lazer terpiyası ən təhlükəsiz və effektiv metoddur. Əgər quru və bərk qabar ilk yaranma mərhələləsindədirsə bununla ev şəratində də mübarizə aparmaq olar. Ayaqlara düzgün edilən qulluq bərkimiş dəri laylarını götürür, kök tipli qabarın yaranmasına maneə olur. Müxtəlif kremlər, məlhəmlər, plastırlar sizə kömək olacaq. Antiqabar vasitələrindən təlimatda göstərildiyi kimi istifadə etmək məsləhət bilinir.

Ayaqda qabarların müalicəsində xalq təbabəti

Xalq təbabəti vasitələri müsbət effəktə malikdirlər. Müxtəlif maskalardan öncə yumuşaldıcı ayaq vannası qəbul etmək məsləhət olunur: soda və sabun, çay ağacı yağı və s.

Aşağıdakı kompresləri bütün gecə ayağınızda saxlamalısınız:

* iki yerə ayrılmış aloye;
* limon dilimi;
* sirkədə isladılmış çörəyin içi;
* kartof əziyi;
* soğan dilimi;
* tomat.

Kompresi çıxartdıqdan sonra ayaq təmizlənməli və yumuşalmış qabarın dəri layları götürülməlidir. Prosedurları qabar yox olana qədər davam etdirmək lazımdır. Həmçinin soğanla, sarımsaqla sürtülməlidir, ən azı gündə bir dəfə.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın