Home / XƏBƏRLƏR  / Bakıda keçirilən 3D Print Conference-na gəlməyin 5 səbəbi

Bakıda keçirilən 3D Print Conference-na gəlməyin 5 səbəbi

12 fevralda Bakıda Park Inn by Radisson otelində üç ölçülü çap üzrə -3D Print Conference bənzərsiz bir konfrans keçiriləcək. Smile-Expo şirkəti tərəfindən təqdim olunan 3D Print seriyalı tədbirlər artıq Almatada, Kiyevdə, həmçinin Moskvadada keçirildi, orada iki

3d print conferece Baku
12 fevralda Bakıda Park Inn by Radisson otelində üç ölçülü çap üzrə -3D Print Conference bənzərsiz bir konfrans keçiriləcək.

Smile-Expo şirkəti tərəfindən təqdim olunan 3D Print seriyalı tədbirlər artıq Almatada, Kiyevdə, həmçinin Moskvadada keçirildi, orada iki böyük 3D-çap sərgisi keçirilmişdir. Növbəti təyinat nöqtəsi Bakı olacaq.

1. Bakı 3D-çapa hazırdır. Bakı – fəaliyyətinin müxtəlif sahələrində yenilik üçün ən perspektivli şəhərlərdən biridir. Azərbaycanın paytaxtında sürətlə yüksək texnologiyaların istehsalı artır, ixtisaslaşdırılmış elmi-tədqiqat mərkəzləri yaradılır və elmi fəaliyyətləri stimullaşdıran təbdirlər həyata keçirilir. Bu hadisələrdən biri 2014 ildə ən sürətlə inkişaf edən 3D-çap yeni texnologiyasına həsr olunmuş konfrans olacaq. Əsas tətbiq dairəsi: memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, qida, əyləncə. Əgər siz zamanla ayaqlaşmaq istəyirsinizsə və öz məhsullarınızı necə təkmilləşdirməyi bilmək istəyirsinizsə, o zaman 3D Print Conference Baku iştirakçılarına qoşulun.

2. Beynəlxalq təcrübə. Sənaye liderləri, Rusiyanın, Azərbaycanın, Tükiyənin, Avropanın və ABŞ-nın iştirakçıları müxtəlif çap texnikasını nümayiş etdirəcəklər, onların tətbiqi haqqında ətraflı danışacaklar və ustad dərsləri keçirəcəklər. Beynəlxalq səviyyədə təcrübə mübadiləsi – tədbirin mühüm hissəsidir. 3D Print Conference üç dildə keçiriləcək: rus, azərbaycan və ingilis dili.

3. İştirakçılar – sənaye liderləri. Tədbirdə konfrans hissəsindən başqa, demozona da təşkil olunacaq, burada iştirakçılar aydın şəkildə printerlərin işlərini nümayiş etdirəcəklər.

Brilyant sponsor 3D Print Conference – 3D Project şirkəti. 3D Project portfoliosunda – bu layihələr üçün iş yerlərinin yaradılması həyata keçirilir: SOCAR, tədqiqat nüvə reaktoru, BTC Neft kəməri, neft platforması, Naftalan şəhərində vağzal, qaz emalı zavodu, beton zavodu.

4. Konfrans proqramı. 3D Print seriyalı konfrans proqramı hər hansı bir ölkə bazarlarının inkişaf xüsusiyyətliyini nəzərə alaraq peşəkar həmkarlar tərəfindən yaradılır. Spiker heyətinə 3D-çapların qurusu və beynəlxalq dərəcəli mütəxəssislər dəvət edilir.

Beləliklə, 3D Print Conference Baku proqramında – Anton Vedeşin, Secured3D Development (ABŞ), Dmitri Postelnik, Autodesk (Rusiya), Furkan Bakir, 3Dörtgen (Türkiyə), Olqa Berejnova, Cybercom Ltd (Rusiya), Tatyana Şaqova, PICASO 3D (Rusiya), Farxad Amirbekov, Bakı banklararası valyuta birjası (Azərbaycan) və s. konfrans spikerlərinin çıxışı olacaqdır.

Konfransın sualları:

* 3D texnologiyalarını sənayedə necə həyata keçirmək olar, və necə pul qazanmaq olar?
* 3D-printerləri tibbdə necə istifadə etmək olar?
* Zərgərlikdə, modada, ərzaq və memarlıqda 3D texnologiyasının tətbiq perspektivləri hansılardır ?
* 3D texnologiyaları Azərbaycanda təhsili və elmi necə dəyişdirəcək?

5. Çaplanmış Bakı. Picaso 3D şirkəti – 2014 ilin brendi və 3D Print Awards versiyası üzrə Rusiyanın ən yaxşı printerlər istehsalçısı (3D –çap və skanedici sənaye biznesinin ən yaxşı nailiyyətləri sayəsində Beynəlxalq mükafatı ) – öz printerində Bakı şəhərinin maketini çap edir. Çapın gedişini və son nəticəni 3D Print Conference çərçivəsində demozonada iştirak edənlərin hər biri izləyə biləcəklər. (technet.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın