Home / QİDA  / Toyuq souslu makaron

Toyuq souslu makaron

Makaron sevənlər üçün əla və hazırlanması olduqca asan bir resept. Döş əti protein ilə zəngin olduğu halda, makaron da sizi karbohidratlarla gücləndirəcək. Lazımdır: Makaron, toyuğun döş əti, soğan, 2 diş sarımsaq, tomat, zeytun yağı, quru nanə,

toyuq souslu makaron
Makaron sevənlər üçün əla və hazırlanması olduqca asan bir resept. Döş əti protein ilə zəngin olduğu halda, makaron da sizi karbohidratlarla gücləndirəcək.

Lazımdır: Makaron, toyuğun döş əti, soğan, 2 diş sarımsaq, tomat, zeytun yağı, quru nanə, kəklikotu, duz və istiot.

Hazırlanması: İlk öncə qazanda su qaynadılır və makaron, duz əlavə olunaraq bişirilir və süzülür. Tavada zeytun yağı qızdırılır, xırda doğranmış soğan və 2 diş sarımsaq qızardırılır və doğranmış toyuğun döş əti, tomat əlavə olunur və qapağı örtülərək vam odda bişirilir. Bişdikdən sonra ədviyyatlar əlavə olunur. Makaronu yağda biraz qızartdıqdan sonra üstünə sous qoyulur. Nuş olsun.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın