Home / SAĞLAMLIQ  / Bağırsaq disbakteriozu: əlamətləri,səbəbləri, profilaktikası

Bağırsaq disbakteriozu: əlamətləri,səbəbləri, profilaktikası

Disbakterioz-yoğun və nazik bağırsaq mikroflorasının tərkibi,növü və miqdarı arasındakı uyğunsuzluğun nəticəsi olaraq meydana çıxan kliniki-laborator sindromdur. Disbakterioz ayrılıqda müstəqil bir xəstəlik olmayıb MBT-da (mədə-bağırsaq traktı) formalaşan xəstəliklərin (qastrit,pankreatit,öd daşı xəstəliyi) əlaməti və davamı olaraq müşahidə olunur.

disbakterioz
Disbakterioz-yoğun və nazik bağırsaq mikroflorasının tərkibi,növü və miqdarı arasındakı uyğunsuzluğun nəticəsi olaraq meydana çıxan kliniki-laborator sindromdur.

Disbakterioz ayrılıqda müstəqil bir xəstəlik olmayıb MBT-da (mədə-bağırsaq traktı) formalaşan xəstəliklərin (qastrit,pankreatit,öd daşı xəstəliyi) əlaməti və davamı olaraq müşahidə olunur. Həmçinin disbakterioz kəskin qida rasionunun dəyişikliyi, köklü pəhriz planları, qida çatışmazlığı və ya artıqlığı fonunda, hormonal dəyişiklik, immun çatışmazlıq, keçirilən bağırsağn infeksion xəstəlikləri zamanı, bəzi dərman preparatlarının (antibiotiklər, hormonal preparatlar, antiasid dərmanlar) qəbulundan sonra da büruzə edə bilər.

İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar.
“Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Onlar orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər. “Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət çəkməyə başlayır.

Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır. Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir. Allergiya, ekzema, bronxial astma, yoğun bağırsağın xərçəngi və digər təhlükəli və ağır xəstəliklərin əsas səbəblərindən biri də bağırsaq disbakteriozudur. Bağırsaqda olan xeyirli mikroflora immunoqlobulinlərin və interferonun istehsal olunmasında iştirak edir. Buna görə də xeyirli mikrofloranın sayının xeyli azalması zamanı immunitetin də zəifləməsi baş verir. Bu zaman insan daha tez-tez və uzun müddət ərzində soyuqdəymə və digər infeksion xəstəliklərə düçar olur ki, onlar da müxtəlif fəsadlara səbəb olurlar.

Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində osteoparoz – sümüklərin kövrəkliyi baş verir).

Bağırsaq disbakteriozu XXI əsrin əsas sosial xəstəliklərindən biri hesab olunur. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin böyük yaşda olan əhalisinin təxminən 90%-i bu xəstəliyə düçar olmuşdur.

Disbakteriozun əlamətləri:

– immunitetin zəifləməsi;
– kəskin bağırsaq infeksiyalarının (KBİ) baş verməsi;
– kəskin respirator xəstəlikləri (KRX) və kəskin respirator virus xəstəliklərinin (KRVX) artması (tezləşməsi);
– ishal və ya qəbizlik formasında olan nəcis ifrazı pozğunluqları;
– metiorizm – bağırsaqlarda qazların artıq miqdarda yaranması;
– qarında dartıcı və sıxıcı xarakterdə ağrıların olması;
– yoğun bağırsağa barmaqlarla təzyiq edərkən xeyli səsli qurultu və şırıltının eşidilməsi;
– tez hirslənmə, məyusluq, əhvalın tez-tez dəyişməsi, depressiya, başgicəllənmə, yuxunun pozulması, tez yorulmaq, səbəbsiz olan ağlağanlıq, əhvalın kədərli olması;
– ağızdan pis qoxunun gəlməsi;
– bədəndən pis qoxunun gəlməsi;
– dəri elastikliyini itirir, sallanır və dəridə xeyli dərəcədə qırışlar əmələ gəlir;
– saçların deformasiyası və tökülməsi;
– selikli qişalarda və dəridə çatların əmələ gəlməsi;
– dəridə səpgilər, sızanaqlar və civzələrin, ekzemanın əmələ gəlməsi, qaşınmanın olması ilə müşayiət olunan — xroniki qida allergiyası vəziyyəti;
– bəzi hallarda temperaturun bir qədər yüksəlməsi qeyd edilir.
Bu əlamətləri özündə hiss edən kimi, dərhal həkimə müraciət edin.

Bağırsaq disbakteriozunun yaranmasının səbəbləri:

– Düzgün olmayan və qeyri-rasional qidalanma. Yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların çox qəbul ediməsi, həmçinin qəbul edilən qidaların tərkibində süd məhsullarının və bitki sellülozunun kifayət miqdarda olmaması bağırsağın mikroflorasına çox pis təsir edir. Kəskin pəhrizlər də bağırsaq florasına xeyli dərəcədə zərər vurur;
– Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri (xolesistit, hepatit, pankreatit, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, bağırsaq xəstəlikləri);
– Hormonal pozğunluqlar;
– Xeyli miqdarda alkoqollu içkilərin qəbul edilməsi;
– Tez-tez baş verən streslər;
– Nəzarətsiz olaraq güclü antibiotiklərin qəbul edilməsi nəticəsində bağırsaqda olan xeyirli bağırsaq bakteriyalarının məhv edilməsi;
– Bağırsaqda qurdların (helmintlərin) və infeksiya törədici mikrobların (dizenteriya, salmonellyoz və s.) olması. Onların hamısı xeyirli mikrobları məhv edən maddələr ifraz edirlər;
– İmmunitetin zəifləməsi;
– Ekoloji mühitin pisləşməsi;
– Kimyəvi və radioloji terapiya və s.

Disbakterioz diaqnozu – xəstənin müayinə edilməsi və aparılan müvafiq laborator müayinələr nəticəsində qoyulur. Disbakteriozun müalicəsi – ilk növbədə onu yaradan səbəbin aradan qaldırılmasına və əsas xəstəliyin müalicə edilməsinə yönəldilir. Müalicənin sonrakı mərhələsi – patogen mikroorqanizmlərin aradan götürülməsi və bağırsağın normal mikroflorasının bərpa edilməsindən ibarətdir.

Bağırsaq disbakteriozunun profilaktikası:

– Tərkibində, bağırsaq mikroflorası üçün vacib olan süd məhsullarının, meyvə və tərəvəzlərin də mütləq şəkildə daxil edilməsi şərti ilə düzgün və rasional qidalanma rejiminə əməl edilməsi;
– Mədə-bağırsaq sistemi üzvlərinin hər bir xəstəliyinin vaxtında və düzgün müalicə edilməsi;
– Stres vəziyyətlərindən uzaq olmaq;
– Antibiotikləri yalnız həkim təyinatı üzrə qəbul etmək və bununla eyni vaxtda mütləq antibiotiklərin pozmuş olduğu bağırsaq mikroflorasının bərpa edilməsi. (saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın