Home / XƏBƏRLƏR  / “1 manatla həyat qurtar” adlı xeyriyyə kampaniyası start götürdü

“1 manatla həyat qurtar” adlı xeyriyyə kampaniyası start götürdü

Azərbaycanda bir qrup gənc “1 manatla həyat qurtar” adlı xeyriyyə təşəbbüsünü başladıb. Bu barədə təşəbbüsü irəli sürən “Xeyir İşlərə Təşviq Təşkilatı”nın yardım kampaniyalarının təşkilatçılarından olan Fərid Ədalət məlumat verib. O bildirib ki, cəmiyyətdə yardıma ehtiyacı olan kimsəsiz

1 manata həyat qurtar
Azərbaycanda bir qrup gənc “1 manatla həyat qurtar” adlı xeyriyyə təşəbbüsünü başladıb.

Bu barədə təşəbbüsü irəli sürən “Xeyir İşlərə Təşviq Təşkilatı”nın yardım kampaniyalarının təşkilatçılarından olan Fərid Ədalət məlumat verib.

O bildirib ki, cəmiyyətdə yardıma ehtiyacı olan kimsəsiz uşaqlar və qocalar, səfalət içində yaşayan, 1 çörək almağa belə pulu olmayan kasıb ailələr, xəstə insanlar var və onların daimi olaraq qayğıya ehtiyacı var:

“Biz nəyə görə məhz bir manatdan başladıq? İzahı çox sadədir. Çünki kimlərdənsə yardım üçün daha çox məbləğ istəyəndə ciddi çətinliklər olur. Yardım etmək üçün maliyyə vəsaiti də yığa bilmirik. 3-5 nəfər yardım edir, onunla da ehtiyaclıların ehtiyacını ödəyə bilmirik. Amma hər ay insanlar cəmi 1 manat yardım etsə həm məbləğ çoxalar, həm də yardım edənlərə daha çox yük düşməz”.

Yardım kampaniyasının gələcək planlarından və hədəflərindən danışan Fərid Ədalət bildirib ki, məqsəd ilkin mərhələdə 10 min xeyriyyəçinin bir araya toplanmasıdır:

“Biz neçə illərdir ki, xeyriyyə qrupumuzla uşaqlar və qocalar evlərinə, xəstələrə, kasıb ailələrə yardımlar edirik. Amma vəsaitlər çox az olduğu üçün ciddi problemlərlə də üzləşirik. Ona görə də indi hədəfi yüksəltmişik ki, yardım kampaniyalarımız arzuedilən səviyyədə olsun.

Düşünürəm ki, ayda 1 nəfər üçün cəmi 1 manat yardım etmək elə də çətin olsun. İlkin hədəf olaraq 10 min xeyriyyəçini ətrafımıza yığmağı nəzərdə tuturuq. Təsəvvür edin ki, hər ay 10 min nəfər ən az bir manat yardım etsə kifayət qədər vəsait toplanar və biz də ehtiyacı olanlara daha çox yardım edə bilərik”.

Yardıma ehtiyacı olanların necə müəyyənləşdirildiyi barədə də danışan təşkilatçı söyləyib ki, yardımlar hər adama edilmir:
“Bu bir neçə yolla həyata keçirilir. Qrupumuzun üzvləri özləri yardıma ehtiyacı olanları axtarıb tapır. Məscidlərə müraciət edilir və onlar yardıma ehtiyacı olan ailələr və kimsəsizlər barədə bizə məlumat verirlər. Biz də vəziyyəti araşdırdıqdan sonra yardımlar edirik.

Sosial şəbəkələrdə xəstələrə yardımlar üçün tez-tez elanlar yerləşdirilir. Bizə müraciət olanda həmin an yardım etmirik. Çünki bir çox işbazlar yalançı elan yerləşdirərək bank hesablarına pul yığırlar. Biz bu tələyə düşməmək üçün müraciəti tam dəqiqliklə araşdırırıq və tam əmin olduqdan sonra xəstə üçün yardım kampaniyası təşkil edirik.

Bizim xeyriyyə qrupumuz 3 ilə yaxındır ki, fəaliyyət göstərir. Bir çox çətinliklə üzləşmişik, ittihamlarla rastlaşmışıq, hətta xeyir işimizə kölgə salıb qrupumuzun facebook səhifəsini dağıdaraq adımızdan yalan məlumatlar yayanlar da olub. Amma biz bunlara görə işimizi dayandırmamışıq və dayandırmaq niyyətimiz də yoxdur. Allah bu işdə yardımçı olduqdan sonra qarşımızı heç kim ala bilməz.

Yardım edən və ya etməyən hər kəs bizim xeyriyyə səfərlərimizdə iştirak edə bilərlər. Bəzən kimsə şübhəyə qapılıb yardım kampaniyasının doğruluğuna inanmır. Biz həmin insanları xeyriyyə tədbirlərimizə aparırıq və hər şey doğru olduğuna inanırıq. Bundan sonra da bizə qoşulacaq hər bir kəsi tədbirlərimizə dəvət edəcəik və onlar da bizim xeyriyyə ailəmizin bir üzvünə çevriləcək.

Sonda qeyd edim ki, tək əldən səs çıxmaz. Gəlin bir yumruq tək birləşək. Siz də “1 manatla həyat qurtar” kampaniyasına qoşulun və yardımlarımızı gözləyənlərin gözünü yolda qoymayaq.

Uca Allah müqəddəs “Quran-i Kərim”də yoxsullara yardım haqqında belə buyurur:

“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (Bəqərə surəsi, 271-ci ayə)”.

Qeyd edək ki, yardım etmək üçün kampaniyanın “AG Bank”da hesabı açılıb. Yardım etmək istəyənlər MilliÖn ödəmə sistemi vasitəsilə ödəniş edə bilərlər. Hesab nömrəsi və kod aşağıdakı kimidir:

Müştəri kodu: 310529

Doğum tarixi: 30.09.1990

“1 manatla həyat qurtar” kampaniyasının facebook sosial şəbəkəsində qrupu –
https://www.facebook.com/groups/401728666668388/?fref=ts

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın