Home / QADINLAR  / Hamiləlik vaxtı seks

Hamiləlik vaxtı seks

Bir çox insanlar hamiləlik zamanı seksin cəfəngiyat olduğuna inanır. Bəzi insanlara görə bu fərqli bir şeydir, yenilikdir. Amma bir həqiqət var ki, hamiləlik dövründə cinsi münasibətlərdə də dəyişiklik olur! Bu vaxt seks münasibətinin azalmasının əsl

hamiləlik vaxtı seks
Bir çox insanlar hamiləlik zamanı seksin cəfəngiyat olduğuna inanır. Bəzi insanlara görə bu fərqli bir şeydir, yenilikdir. Amma bir həqiqət var ki, hamiləlik dövründə cinsi münasibətlərdə də dəyişiklik olur! Bu vaxt seks münasibətinin azalmasının əsl səbəbkarı çox vaxt qadın olur. Bu da qorxudan irəli gəlir. Əgər xanımınız övlada zərər vurmaqdan çəkinirsə, onu sakitləşdirin. İzah edin ki, möhkəm olan uşaqlıq körpəni qoruyur. Doğru olan seks körpənizə heç bir halda ziyan etməz.

Bəzənsə kişinin hamilə qadına qarşı cinsi marağı ölür. Hamiləliyə qədər o, qadınının bədənini sevirdi, indi bu bədən dəyişib. Hamiləliyə qədər qadın gözəl, seksual, cazibədar idi, indi başqadır. Bütün günü toksikozdan əziyyət çəkən, qusan, öz vəziyyətindən bir az da narahat olan qadın sizi cəlb etməyə bilər. Amma bunu biruzə verməməyə, qayğınızı əsirgəməməyə çalışın. Nəzərə alın ki, hamiləlik sizdən çox xanımınıza əziyyət verir. Onu sevdiyinizi bildirin. Hamilə qadının sakitliyi körpəniz üçün də çox vacibdir.

Amma bəzi kişiləri isə hamilə qadın əksinə daha çox cəlb edir, onların fikrincə böyüyən qarın qadınlığın göstəricisidir.

Əslində kişi nə etməlidir?

Kişi hər şeydən əvvəl susmamalıdır! Narahatlığınız, qorxunuz, arzu və şübhələriniz barədə xanımınızla mümkün qədər çox rahat danışın. Cinsi əlaqə zamanı yeniliyə, məsələn, xanımınız üçün rahat olan pozanı tapmağa çalışın (bu, xüsusilə son aylarda vacibdir). Əgər seks xanımınıza əziyyət verirsə, həzz almağın başqa yolları var. Qarşılıqlı masturbasiya və başqa qeyri-ənənəvi əlaqə sizə ənənəvi seksi əvəzləmək imkanı verər. Ancaq unutmamaq lazımdır ki, hamiləlik zamanı müəyyən periodlarda seksə icazə verilməyə bilər. Bunun üçün müayənə olduğunuz ginekolqun məsləhətlərinə qulaq asın.

Kişilərə məsləhət:

• Hamilə qadına qarşı xüsusilə yumşaq, səbrli və diqqətli olmalısınız;
• Xanımınız gələcək körpənizi ana südü ilə qidalandırmaq niyyətindədirsə, onun döşlərini buna hazırlamaq lazımdır. (müəyyən masajlar və sevişmə zamanı döşlərini əmmək buna hazırlıq edəcəkdir).;
• Cinsi əlaqədə olarkən gələcək körpənizi də sığallamağı unutmayın. Körpəniz valideynlərin nə ilə məşğul olduğunu bilməsə də, deyilənlərə görə sevgini hiss edir;
• Cinsi əlaqə zamanı xanımınızın qarnına və döşlərinə təzyiq etməyin;
• Xanımız sekslə məşğul olmaq istəmirsə, onu qətiyyən məcbur etməyin;
• Cinsi əlaqə zamanı əsla tələsməyin, ehtiyatlı davranmağı əsla unudmayın;
• Seks ilə məşğul olacağınız yeri elə rahatlayın ki, xanımınız özünü rahat hiss etsin;
• Eyni vaxtda oqrazm olmağa çalışmayın.

Xanımlar hamilə ikən kişilərin marağı dəyişir!

Hər şey tərəflərin özündən və xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.

Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə əks təsir göstərir.

Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Bir şeyi bilmək zəruridir – hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur! (evlenirik.biz)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın