Home / SAĞLAMLIQ  / Piylənmə: sıradan çıxan ilk 7 orqan

Piylənmə: sıradan çıxan ilk 7 orqan

Artıq çəki sizi yalnız güzgüdə narahat etməyəcək, sizin sağlamlığınız üçün də ciddi narahatçılıqlar yaradacaq. Bu yazımızda artıq çəkinin ilk öncə hansı orqanlara təsir etdiyindən danışacayıq. Qaraciyər İlk olaraq piylənmə sizin orqanizminizin əsas filtrinə təsir edəcək. Bəla ondadır

piylənmə
Artıq çəki sizi yalnız güzgüdə narahat etməyəcək, sizin sağlamlığınız üçün də ciddi narahatçılıqlar yaradacaq. Bu yazımızda artıq çəkinin ilk öncə hansı orqanlara təsir etdiyindən danışacayıq.

Qaraciyər

İlk olaraq piylənmə sizin orqanizminizin əsas filtrinə təsir edəcək. Bəla ondadır ki, qaraciyərdə ağrı resepterləri yoxdur və orda baş verən mənfi hadisələri sizlər hiss etmirsiniz. Ağrı yalnız qaraciyərin böyüməsi və ətraf kapsulu sıxılması nəticəsində hiss edilir.

Yol verməmək: Əgər artıq yeməkdən ürəyiniz bulanırsa, qaytarırsınız isə, bilin ki, artıq yeməyi azaltmaq lazımdır. Bu ilkin siqnaldır.

Həkim şərhi: Qanda şəkərin miqdarı, qalxanvari vəzilərin funksiyaları, testosteron və xolesterinin səviyyəsi ildə bir dəfə yoxlanılmalıdır.

Ürək və damarlar

Əsasən insan düzgün olmayan qidalanmaq ilə bərabər fiziki passivlikdən də kökəlir. Unutmaq olmaz ki, ürək özü də bir əzələdir ki, onu hərəkətsiz qoymaq olmaz. Piylənmə zamanı xolesterin damarların divarlarına yapışaraq, qan axınını azaldır ki, ürək daha çox enerji sərf etməli olur.

Yol verməmək: İlk öncə fastfuddan imtina etmək lazımdır! Misal üçün brokkoli, B, C, D vitaminləri ilə, kaliy, maqniy, fosfor, dəmir mineralları ilə zəngindir və ürək-damar sisiteminin fəaliyyəti üçün olduqca xeyirlidir.

Həkim şərhi: Artıq çəkinizin olub olmamasını bilmək istəyirsiniz isə, belinizi ölçün və alınan nəticə 90 sm yuxarı olmamalıdır.

Nəfəs sistemi

Piylənmə yalnız qarnın enlənməsi ilə müşahidə olunmur, sizin bədəniniz kompleks şəkildə böyüyür. Boynunuz da istisna deyil. Nəticədə insan xoruldamağa başlayır, bəzi hallarda yuxu zamanı nəfəs də kəsilir və boğulmalar baş verir. Səbəb, insan kökəldikcə nəfəs yolları darlaşır, nəfəs əzələləri sakitləşəndə isə bu yollar demək olar ki, artıq bağlanır. Nəticədə tam yuxu yata blmirsiniz və gün ərzində yuxulu və halsız olursunuz.

Yol verməmək: Piylənmə bütün dediklərimizə gətirib çıxardacaq. Lakin ilk vaxtlar xüsusi balışlar sizə kömək edə bilər (onların vasitəsi ilə yalnız yan yata bilirsiniz). Siqaret və alkoqoldan tamamilə imtina etməlisiniz.

Həkim şərhi: Bilin ki, xoruldamaq, təngənəfəslik, pilləkənləri qalxarkən ağırlıq, şişmələr yalnız artıq çəkinin fəsadlarıdır. Bunlar yarandığı zaman pəhrizə oturmalı və həkimə müraciət etməlisiniz.

Cinsi orqanlar

Orqanizmdə piyin disbalansı düzgün testosteron istehsalına maneə olur, nəticədə seksual istəyiniz azalır.

Yol verməmək: Profilaktika üçün nar yeyin. Beləki, nar kiçik çanaqda qan dövranını yaxşılaşdıran antioksidantlarla zəngindir və unutmayın ki, nar potensiyanı artıran ən güclü meyvələrdəndir. Yaxşı olar ki, narı sizlər meyvə şəklində qəbul edəsiniz.

Həkim şərhi: Əgər kişi qarnından öz kiçik dostunu görmürsə, bu artıq piylənmənin getdiyi deməkdir. Pəhrizə və idmana start vermənin tam zamanıdır.

Böyrəklər

Amerika alimlərinin 4500 könüllü arasında apardıqları araşdırmaya görə artıq çəkidən əziyyət çəkənlər daha çox böyrək xəstəliyinə tutulma imkanına malikdirlər. Digər araşdırmalar onu göstərir ki, artıq çəki böyrəklərdə daşın yaranmasına səbəb ola bilir.

Yol verməmək: Balqabağa müraciət etməyin vaxtıdır. Tərkibindəki beta-karotin, A, C, E vitaminləri, kaliy və pektin böyrəklərdən artıq duzları çıxardır, maddələr mübadiləsini yaxşılaşdırır, su balansını orqanizmdə normalaşdırır.

Həkim şərhi: Unutmayın ki, artıq çəkidən hipertoniya xəstəliyinə əsasən kişilər tutulurlar. Qadınlar isə daha çox şəkər xəstəliyinə meyilli olurlar.

Beyin

Uzun müddət artıq çəkinin beyinə təsiri mif kimi hesab olunurdu. Lakin fransız qadın alimi Maksima Kurno apardığı araşdırma ilə bu mifi dağıtdı. Beləki, 32-62 yaş arası 2200 könüllüdən ibarət qrupda aparılan araşdırmalar göstərir ki, piylənmə nəticəsində insanların suallara doğru cavab verməsi 5 ilə 37,5% azalır. Səbəb – piylənmə nəticəsində qan damarları sıxılır və nəticədə beyin fəaliyyəti zəifləyir.

Yol verməmək: Balıq yeyin! Onun tərkibindəki omega-3 tıxanmış damarları təmizləyir və beyində qan dövranını yaxşılaşdırır. Tərkibindəki fosfor isə sinir hüceyrələrinə müsbət təsir edir.

Həkim şərhi: Stres orqanizmdə insulinin fəaliyyətini pozur ki, nəticədə insan tez-tez acır və yedikcə də doymur. Yekun olaraq, piy qalıqları yaranır və piylənmə prosesi gedir.

Dəri

Sizin orqanizminizdəki bütün problemlər barədə dəriniz məlumat verə bilər. Artıq piy şişmə əmələ gətirir, düzgün olmayan qidalanma üzünüzdə sızanaqlara səbəb olur.

Yol verməmək: Axşam 6-dan sonra yeməmək lazımdır. Yesəniz də yağlı yeməklərdən uzaq durmalısınız. Yaxşı olar ki, toyuq əti yeyəsiniz

Həkim şərhi: Həmçinin rasionunuza tərəvəz salatı əlavə edə bilərsiniz. Əsas ona bitki yağı əlavə etməyəsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın