Home / XƏBƏRLƏR  / Marsa, qayıdışı olmayan uçuş üçün namizədlərin qısa siyahısı hazırlanıb

Marsa, qayıdışı olmayan uçuş üçün namizədlərin qısa siyahısı hazırlanıb

Mars One layihəsinin təşkilatçıları Marsda yaşamaq üçün 100 nəfər seçiblər. Təşkilatçıların sözlərinə görə Marsda yaşamaq üçün insanların seçimi olduqca vacib addımdır. İlin sonuna qədər onlar bir çox sınaqlardan keçəcəklər, müxtəlif vəziyyətlərdə yaşamağı öyrənəcəklər. Nəticədə bu 100

mars one
Mars One layihəsinin təşkilatçıları Marsda yaşamaq üçün 100 nəfər seçiblər.

Təşkilatçıların sözlərinə görə Marsda yaşamaq üçün insanların seçimi olduqca vacib addımdır. İlin sonuna qədər onlar bir çox sınaqlardan keçəcəklər, müxtəlif vəziyyətlərdə yaşamağı öyrənəcəklər. Nəticədə bu 100 nəfərdən yalnız 24-ü yekun siyahıya daxil olacaq. Qeyd edək ki, bu siyahıda Şimal və Cənubi Amerikadan 39 nəfər, Asiyadan 16 nəfər, Afrikadan 7 nəfər və Okeaniya ölkələrindən 7 nəfər var.

Mars One – qeyri-kommersiya holland layihəsi olub və onun yaradıcısı alim Bas Lansdorpdur. Alim universitet illərindən bunun üzərində çalışır və ehtimal edilir ki, 2018-ci ildə Marsa test olaraq kosmik gəmi göndəriləcək və artıq 2024-cü ildə 4 astronavt Marsa ayaq basacaq. Sonradan hər iki ildən bir daha 4 nəfər Marsa ayaq basacaq. Qeyd edək ki, Marsa uçuş 200 gün təşkil edir.

Layihəyə dünyada böyük maraq yaranıb və burada iştirak üçün bütün dünyadan 200 mindən artıq insan müraciət göndərib. Onları hətta “qayıdışı olmayan” şərti də məyus etməyib. Beləki, insanlar Marsda yeni sivilizasiyanın əsasını qoymaq niyyətindədirlər. Bütün orada baş verənlərin TV-lərdə, realiti şou kimi yayımlanması nəzərdə tutulur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın