Home / İDMAN  / Fuad Quluzadənin məşq proqramı

Fuad Quluzadənin məşq proqramı

Fuad Quluzadə 12 may 1985-ci ildə Bakıda dünyaya gəlib. Gənc yaşlarından idmana marağı olan Quluzadə, sərbəst güləş ilə məşğul olub və hətta Azərbaycanın sərbəst güləş üzrə gənclərdən və yeniyetmələrdən ibarət milli komandasının üzvü olub. Ciddi

fuad quluzadə
Fuad Quluzadə 12 may 1985-ci ildə Bakıda dünyaya gəlib. Gənc yaşlarından idmana marağı olan Quluzadə, sərbəst güləş ilə məşğul olub və hətta Azərbaycanın sərbəst güləş üzrə gənclərdən və yeniyetmələrdən ibarət milli komandasının üzvü olub.

Ciddi zədədən sonra güləşdən uzaqlaşan Quluzadə 2007-ci ilə ABŞ-a köçmüb və 2009-cu ildən bodibildinq ilə məşğul olmağa başlayıb. Quluzadə 2012-ci ildə vətənə döndükdən sonrada bodibildinqə davam edir və eyni zamanda Fuad Quluzadə Azərbaycan televiziyasının və İdman Azərbaycan kanalının aparıcı redaktorudur.

İDOL.AZ saytı sizlərə Fuad Quluzadənin əzələ qrupları üçün yerinə yetirdiyi məşq proqramını təqdim edir:

Sinə

* Horizontal vəziyyətdə qantellə jim 4 yanaşma 20 – 16 – 14 – 12;
* Maili oturacaqda kiçik ölçülü ştanqla jim 4 yanaşma 20 – 16 – 14 – 12;
* Horizontal vəziyyətdə qantellə kəpənək hərəkəti 4 yanaşma 16 – 14 – 14 – 12;
* Pullover hərəkəti qantellə 3 yanaşma 14 – 12 – 12;
* Blokda kabellərlə kəpənək hərəkəti 3 yanaşma 15 – 15 – 15.

Bisepslər

* Kiçik ölçülü ştanqla qolu yığıb açmaq 4 yanaşma 15 – 15 – 12 – 10;
* Qantellərlə çəkic hərəkəti 4 yanaşma 15 – 15 – 12 – 10;
* Blok kabeli aşağıdan çəkməklə qolu yığıb açmaq 3 yanaşma 15 – 15 – 12.

Çiyin

* Düz oturacaqda ştanqla sinənin yuxarı hissəsinə jim 4 yanaşma 15 – 15 – 14 – 12;
* Qantellərə yanlara açılmalar 4 yanaşma 15 – 15 – 15 – 20;
* Qantellərlə ön hissəyə jim 4 yanaşma 15 – 15 – 15 – 15;
* Qantellərlə əyilərək arxa hissəyə işləmək 4 yanaşma 14 – 14 – 12 – 12.

Triseps

* Fransız jimi 4 yanaşma 15 – 15 – 14 – 12;
* Qısa tutuşla jim 4 yanaşma 15 – 15 – 12 – 10;
* Kabeldə isometrik hərəkət 4 yanaşma 15 – 15 – 12 – 10.

Kürək

* Horizontal blokda düz enli tutuşla 4 yanaşm 15 – 15 -14 – 12;
* Ayaq üstə aşağı maili vəziyyətdə ştanqı qarın nahiyəsinə çəkmək
4 yanaşma 15 – 15 – 15 – 12;
* Qanteli yana çəkmək horizontal duruş 4 yanaşma 14 – 14 – 14 – 12;
* Yuxarı blokdan çəkmək 4 yanaşma 14 – 14 – 12 – 12.

Ayaq

* Ştaqla oturub durmaq 4 yanaşma 15 – 15 – 15 – 15;
* Horizontal maşınkada ayağın yığılıb açılması 4 yanaşma 30 – 25 – 20 – 20;
* Qantellərlə enli addımlarla yerimək;
* Qantellərlə deadlift (ayaq düz tutulmalıdır) 3 yanaşma 15 təkar.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın