Home / SAĞLAMLIQ  / Bəlğəmin ciyərlərdən təmizlənməsi: xalq təbabəti

Bəlğəmin ciyərlərdən təmizlənməsi: xalq təbabəti

Çox güman ki, dünyada elə insan yoxdur ki, bəlğəmli öskürəklə üzləşməsin. Buna səbəb müxtəlif ola bilər, siqartdən tutmuş bronxitə qədər. Lakin müalicəsi birdir, bəlğəm nəfəs borularından təmizlənməlidir. İDOL.AZ saytı bugün sizlərə bəlğəmin ciyərlərdən təmizlənməsi üçün bir

bəlğəmli öskürək
Çox güman ki, dünyada elə insan yoxdur ki, bəlğəmli öskürəklə üzləşməsin. Buna səbəb müxtəlif ola bilər, siqartdən tutmuş bronxitə qədər. Lakin müalicəsi birdir, bəlğəm nəfəs borularından təmizlənməlidir.

İDOL.AZ saytı bugün sizlərə bəlğəmin ciyərlərdən təmizlənməsi üçün bir neçə xalq təbabəti nümunələrini gətirir:

1. Soğan cövhəri.

Bunun üçün 50 qr bal, 1/2 kq soğan, 1 l su, 1/2 kq şəkər tozu. Soğan təmizlənir və doğranılır. Qazana su əlavə edilir və soğan ilə şəkər tozu əlavə olunaraq 3 saata yaxın qaynadılır. Sonra soyulduqdan sonra bal əlavə olunaraq qarışdırılır. Alınmış cövhər ağzı sıx bağlanan şüşə qaba tökülür. Cövhər gündə yeməkdən sonra 5-6 x/q qəbul edilir.

2. Banan həlimi.

2 banan, 50 qr şəkər tozu, 1 stəkan su. Su qaynadılır və şəkər əlavə olunur. Alınmış qarışıma sürtkəcdən keçirilmiş bananları əlavə edib, qarışdırılır. Alınmış həlim çay ilə içilir.

3. Qara turp cövhəri.

Bunun üçün sizə bir qara turp və 2 x/q duru bal lazımdır. Quyruq tərəfinə toxunmayaraq, turpun içində dərinlik açın və içinə balı tökün. Turpu quyruq hissəsindən soyuq su ilə dolu olan stəkanın içinə yerləşdirin və 5 saat gözlədikdən sonra alınmış cövhəri için. Təkrarən eyni turpun içinə bal qoyaraq prosesi təkrarlayın.

4. Uşaqlar üçün soğan və kartofdan vasitə.

Qazanın içinə bir orta ölçülü alma, kartof və baş soğan qoyun və 1 litr suda vam odda qaynatmağa başlayın. Suyun yarısı çəkilənə kimi qaynadın və sonra alınmış cövhəri gündə 3 dəfə yeməkdən qabaq uşaqlara içizdirin.

5. Bəlğəmi ciyərlərdən təmizləyən otlar.

Bir litr qaynar su ilə növbəti otlardan, 2 x/q olmaqla 2 saat gözlədin: kəklikotu, oreqan (душица), bağayarpağı, andız (девясил), biyan kökü. Alınmış cövhəri, gündə üç dəfə olmaqla yeməkdən qabaq bir stəkan için.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın