Home / İDMAN  / Ev şəraitində kardioməşqlər

Ev şəraitində kardioməşqlər

Bəziləriniz kardioməşqləri yaxındakı parka və ya stadiona gedib qaçmaqda görürsünüz. Əlbəttə, qaçmaq lazımdır, lakin bugün İDOL.AZ sizlərə evdən çıxmayaraq və heç bir treanjorsuz yerinə yetirə biləcəyiniz kardioməşqləri təqdim edir. Bu məşqlərin əsas məqsədi - piylərin yandırılmasıdır.

kardio məşqləri
Bəziləriniz kardioməşqləri yaxındakı parka və ya stadiona gedib qaçmaqda görürsünüz. Əlbəttə, qaçmaq lazımdır, lakin bugün İDOL.AZ sizlərə evdən çıxmayaraq və heç bir treanjorsuz yerinə yetirə biləcəyiniz kardioməşqləri təqdim edir.

Bu məşqlərin əsas məqsədi – piylərin yandırılmasıdır. Lakin, unutmayın ki, nəticə əldə etmək üçün düzgün qidalanmaq, pəhriz saxlamaq mütləqdir.

Aşağıda göstərilən məşqləri göstərilən sıra ilə yerinə yetirmək lazımdır. Olduqca asan qavranan məşqlər sizin vaxtınızı da çox almayacaq. Sizin əsas işiniz məşqləri maksimum tez və texnikanı pozmayaraq yerinə yetirməkdir. Optimal sürəti seçin, lakin unutmayın ki, nə qədər cəld olsanız, piyləriniz bir o qədər tez əriyəcək. Düzgün yerinə yetirildiyi zaman bir ay ərzində nəticə əldə etmək olar.

Yerdən ayrılaraq jim

Adi jimdəki kimi ilkin vəziyyətdə dayanın. Aşağı enin və yuxarı qalxan zaman özünüzü arxaya ataraq, əllərinizi yerdən ayırın və ilkin vəziyyətə qayıdın.

kardio məşqi_1

Zamanla jimi daha da çətinləşdirin, yerdən arxaya atılan zaman əllərinizi birləşdirib ayırın (əl çalın). 15 təkrarlama yerinə yetirin və növbəti məşqə keçin.

Burpi

Bu məşq birincidən daha çətindir. Beləki, əlləriniz yerdə olmaq şərti ilə çömbəlin, dizləriniz bu zaman sinənizə toxunsun. Bir anda ayaqlarınızı arxaya atın və geriyə qaytarın sonra var gücünüz ilə yuxarı tullanın. Yerə düşdükdən sonra ilkin vəziyyətə qayıdın.

kardio məşqi_2

20 təkrar yerinə yetirdikdən sonra növbəti məşqə keçin.

Qayaya dırmanmaq

İlkin jim vəziyyətində dayanın. Bir anda sağ ayağınızı sağ əlinizə gətirin geri qaytarın sonra sol ayağınızı sol əlinizə gətirin geri qaytarın. Elə düşünün ki, sizin arxanızca kimsə qaçır və siz hər hansı bir hündürlüyə daha tez dırmanmalısınız.

kardio məşqi_3

30 təkrarlamanı yerinə yetirin və davam edirik.

Tullanmalar

Əlləriniz boynunuzun arxasında çömbəlin. Var gücünüz ilə yuxarı tullanmağa çalışın. Unutmayın ki, əlləriniz bu zaman, ilkin vəziyyətdə olduğu kimi boynunuzun arxasında olmalıdır. Bu məşqi daha çətin etmək üçün nəzərdə tutulub.

kardio məşqi_4

15 təkrardan sonra sonuncu məşqə keçin.

Sumo çömbəlməsi

Qamətinizi düz saxlayaraq, ayaqüstə durun. Çömbələrək ələrinizi ayaqlarınızın arasından yerə qoyun. Bir anda ayaqlarınızı arxaya ataraq, jim vəziyyətinə gəlin. 1 təkrarın hesab olunması üçün geriyə eyni hərəkətləri edərək qayıtmaq lazımdır.

kardio məşqi_5

15 təkrarlama yerinə yetirin və son.

Bu hərəkətləri həftədə 3-4 dəfə olmaqla gündə ən azı 3 dəfə yerinə yetirməlisiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın