Home / XƏBƏRLƏR  / “Survivor”da olimpiya çempionu həlak olub

“Survivor”da olimpiya çempionu həlak olub

Argentinada helikopterlərin toqquşması nəticəsində həlak olanlar arasında fransız idmançılar var, onlardan biri isə üzgüçülük üzrə olimpiya çempionu Kamil Müffadır. Bu barədə Reuters Yelisey sarayına istinadən məlumat yayıb. Müffa Londonda keçirilən Olimpiya oyunlarında qızıl, gümüş və bürünc

camille muffat
Argentinada helikopterlərin toqquşması nəticəsində həlak olanlar arasında fransız idmançılar var, onlardan biri isə üzgüçülük üzrə olimpiya çempionu Kamil Müffadır. Bu barədə Reuters Yelisey sarayına istinadən məlumat yayıb.

Müffa Londonda keçirilən Olimpiya oyunlarında qızıl, gümüş və bürünc medal qazanmışdı. 2012-ci il iyunun 29-da o, 400 metr məsafəni dörd dəqiqə və 1 dəqiqə 45 saniyəyə üzərək, olimpiya rekorduna imza atmışdı. Bundan başqa, o, dünya çempionatlarında bir qızıl və beş bürünc medallar qazanmışdı.

Aviaqəzada ümumilikdə 10 nəfər həlak olub, onlardan 8-i Fransa vətəndaşlarıdır. Qurbanlar arasında Müffadan başqa məşhur yaxtsmen Florens Arto və boksçu Aleksis Vastin də var.

Qəza bazar ertəsi, martın 9-da paytaxt Buenos-Ayresdən 1170 km məsafədə yerləşən La-Rioxa əyalətində baş verib. Təxminən 100 metr hündürlükdə iki helikopter toqquşub. Helikopterlərin sərnişinləri ekstremal şəraitdə sağ qalmağa həsr olunmuş realiti-şou “Survivor” iştirakçıları olublar.(oxu.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın