Home / QİDA  / Tavada pizzanın hazırlanması

Tavada pizzanın hazırlanması

Bugün sizlərə tavada pizzanın hazırlaması qaydasını təqdim edirik. Əgər nəzərə alsaq ki, kişilər pizzaya qarşı soyuqqanlı deyildilər, bu məqalə sizdə maraq oyadacaq. Lazım olanlar: 1 yumurta 3 qaşıq qatıq 2 qaşıq maye yağ 1 stəkan un 0,5 paket qabartma tozu duz Üstü üçün: 1

tavada pizza
Bugün sizlərə tavada pizzanın hazırlaması qaydasını təqdim edirik. Əgər nəzərə alsaq ki, kişilər pizzaya qarşı soyuqqanlı deyildilər, bu məqalə sizdə maraq oyadacaq.

Lazım olanlar:

1 yumurta
3 qaşıq qatıq
2 qaşıq maye yağ
1 stəkan un
0,5 paket qabartma tozu
duz

Üstü üçün:

1 qaşıq zeytun yağı
2 ədəd bibər
bir neçə dilim kolbasa, sosiksa və ya qovrulmuş qiymə
yaşıl və ya qara zeytun
istiot, bibər,
holland pendiri

Sous üçün:

1 çay qaşığı pomidor püresi
2-3 qaşıq su
1 qaşıq zeytun yağı
kəkotu,
bibəriyə
Bişirmək üçün 1-2 qaşıq maye yağ

Hazırlanma qaydası:

Pizzanı hazırlamaq üçün kiçik doğranmış bibərləri zeytun yağında yüngül qızardın. Sosiska, kolbasa və s. onları da əlavə edib qarışdırın. Buna doğranmış zeytunları da əlavə edin və qarışdırdıqdan sonra qazı söndürün. Pizza sousu üçün olan məhsulları bir qabda qarışdırıb bişirin. Bir başqa qabda pizzanın xəmirini hazırlamaq üçün yumurta, qatıq və maye yağı qarışdırıb çalın. Buna un, duz və qabartma tozunu əlavə edin, qarışdırın. Qaşıqla qoyula biləcək qədər yumşaq bir xəmir əldə etməlisiniz. Pizza bişirmək üçün tavanı yağlayın. Xəmiri tavaya yayın. Üstünə hazırladığınız sousu, sonra bişirdiyimiz bibərli qarışığı pizza xəmirinin üzərinə yayın. Tavanın qapağını bağlayın. Pizzanı 2 dəqiqə güclü odda, 10 dəqiqə isə vam odda bişirin. Pizza bişərkən qapağı çox açmayın. Bu zaman ocağın temperaturu çox aşağı olmalıdır ki, pizzanın üst hissəsinin bişməsini gözləyərkən pizzanın altı yanmasın. Pizzanın altını yoxlayın. Pizzanın alt hissəsi qızarıb və üst xəmiri bişibsə pizzanız hazır olub. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın