Home / XƏBƏRLƏR  / Zabit Səmədov 1 milyon dollar uğrunda mübarizədə

Zabit Səmədov 1 milyon dollar uğrunda mübarizədə

O, növbəti döyüşünü Dubayda keçirəcək. Aprelin 17-də Dubayda K-1-in azərbaycanlı döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirəcək. Bu, Global Fighting Championship 4 Man Heavyweight Tournament-in yarımfinal döyüşüdür. Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. Hesabında olan 52 döyüşün 45-də

zabit səmədov
O, növbəti döyüşünü Dubayda keçirəcək.

Aprelin 17-də Dubayda K-1-in azərbaycanlı döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirəcək.

Bu, Global Fighting Championship 4 Man Heavyweight Tournament-in yarımfinal döyüşüdür.

Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. Hesabında olan 52 döyüşün 45-də (40-ı nokaut ilə) Makkinnon qələbə qazanıb və 7-də məğlub olub.

Zabit Səmədov öz opponentindən gəncdir (30 yaş), amma daha təcrübəlidir. Azərbaycanlı döyüşçünün aktivində 82 döyüş var, onların 72-də qələbə qazanıb (35-i nokaut ilə).

Digər yarımfinalda isə iranlı Cəfər Əhmədi və alman Dano İlinqa görüşəcəklər.

Yarımfinalların qalibləri 1 milyon dirhəm (təxminən 272 min Amerika dolları) alacaq. Final dekabrda baş tutacaq. Onun qalibi isə 1 milyon dollar qazanacaq.(oxu.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın