Home / QADINLAR  / Tanışlıqdan sonra nə barədə danışmaq olar

Tanışlıqdan sonra nə barədə danışmaq olar

Bəyəndiyiniz qadınla tanış ola bilmisiniz? Əla, indi davamında ona nə və necə demək olar barəsində öyrənmək lazımdır. İDOL.AZ sizə bunda kömək olmağa çalışıcaq. İnsanlarla ünsiyyət qurmaq olduqca xeyirli bir bacarıqdır, əsasən də əgər bu insan qadındır.

qadınla söhbət
Bəyəndiyiniz qadınla tanış ola bilmisiniz? Əla, indi davamında ona nə və necə demək olar barəsində öyrənmək lazımdır. İDOL.AZ sizə bunda kömək olmağa çalışıcaq.

İnsanlarla ünsiyyət qurmaq olduqca xeyirli bir bacarıqdır, əsasən də əgər bu insan qadındır. Ünsiyyət qadınlarla münasibətdə birinci rol oynamasa da, vacib rollardan birinə malikdir.

Saatlarla danışmaq olar, lakin heç bir xeyiri olmaz. Siz elə danışmalısınız ki, sizə qulaq asmaq maraqlı olsun. Hətta nə danışdığınızın belə fərqi yoxdur. Əsas o dur ki, mövzu hər iki tərəfin marağında olsun.

Siz nə qədər oxumuş və dünyagörüşlü olsanız, sizə bir o qədər asan olacaqdır. Siz istənilən insan ilə istənilən mövzuda danışa bilərsiniz. Çoxlu səfər edən, görən insanların çoxlu təəssüratları olur. Danışmağa maraqlı mövzuların sayı hesabı yoxdur.

Yavaş danışın

Qadına informasiya axını lazım deyil. Əsas onun emosional tərkibidir. Siz nə qədər çox danışırsınız isə, bir o qədər hisslərə az vaxt qalır. Qadın sizin danışığınızda heç bir şey hiss etmir. Üstəlik çoxlu informasiyadan qadın tez yorula bilər, bu isə sizə lazım deyil.

Az danışın

Qadına sizin nə qədər qəhraman olduğunuzu danışmaq alqışa layiq olsa da, çərçivəni aşmaq lazım deyil. Bütün günü öz barənizdə danışsanız qadın darıxacaq. Unutmayın ki, qadınlar öz barələrində daha çox danışmaq istəyirlər.

Sakit danışın

Qarşılıqlı söhbətin müxtəlif etaplarında səsin yüksəkliyi müxtəlif olmalıdır. Əgər siz var gücünüz ilə qışqıra-qışqıra danışacaqsınız isə, bu qadını qorxudacaq və hətta sizdən uzaqlaşdıracaq və bu normaldır.

Ümumiyyətlə səs – güclü silahdır. Düzgün qoyulmuş səs – nəinki qadınlarla, həyatda belə uğurun təməlidir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın