Home / BİZNES  / Yaşanan hər bir gündən maksimum almaq

Yaşanan hər bir gündən maksimum almaq

Çoxlu su içməyi, sübh tezdən oyanmağı, atdığınız hər bir addımı analiz edib və onlardan dərs almağı öyrənsəniz, siz varlı olmağa daha da yaxın olacaqsınız. 1. Ağlınıza gələn heç bir ideanı boş buraxmayın. Onları yazın. Həvəsdən düşməyin,

gülən kişi
Çoxlu su içməyi, sübh tezdən oyanmağı, atdığınız hər bir addımı analiz edib və onlardan dərs almağı öyrənsəniz, siz varlı olmağa daha da yaxın olacaqsınız.

1. Ağlınıza gələn heç bir ideanı boş buraxmayın. Onları yazın. Həvəsdən düşməyin, əgər ilk əvvəllər reallaşdırmaq alınmasa da, vaxtı mütləq gələcək.

2. Diqqətli olun. Ətraf həyat ruhlanmaq, təcrübə yığmaq və yeni idealar üçün mənbədir.

3. Ətrafdakı insanlardan maksimum alın. Hər bir insan sizin üçün dərs ala biləcəyiniz unikal müəllimdir.

4. Gündə ən azı 30 dəqiqənizi oxumağa həsr edin.

5. Düşünün. Düşünməyi özünüzə adət ediniz. Birincisi, beyinə xeyirlidir. İkincisi də, fikirlərinizə aydınlıq gətirəcək.

6. Hər axşam keçən günü analiz edin. Nə alınıb, nə yox? Nəticənin ideal olması üçün nə edilməli idi?

7. Çoxlu su için.

8. “Şəxsi mühasibatlığınızı” aparın: gəlir və xərclərinizin qeydiyyatını aparın. Ayın sonunda “pullar hara uçdu” sualı yaranmayacaqdır. Həmçinin lazımsız xərclərinizi görəcəksiniz və gələn səfər onlardan uzaq olacaqsınız.

9. Nəisə ilk dəfə edin. Ya da adət etdiyiniz bir şeyi fərqli edin. Misal, işə nəqliyyat vasitəsi yerinə piyada gedin.

10. İstənilən saytdan məlumat oxuyun, onları analiz edin.

11. Məqsədlər qoyun: əsas, ikinci dərəcəli və uzunmüddətli.

12. Səhər sübh tezdən oyanın.

13. Əgər işiniz diqqəti cəmləmək tələb etmirsə, paralel olaraq öyrədici və motivləşdirən dərslərə baxın/qulaq asın.

14. Optimist olun. Bu xüsusiyyət yalnız sizin deyil, ətrafdakıların da əhvalını yüksəldir.

15. Həyatda yaxşı bir şeylər axtarın. Bu yaşanan hər bir gündən həzz almağa imkan verir.

16. Hərəkət edin!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın