Home / İDMAN  / Kişi qaçışının 10 qaydası

Kişi qaçışının 10 qaydası

İDOL.AZ olaraq, qaçışın 10 qızıl qaydasını sizlərə təqdim edirik. №1 Ən effektli məşq - yarışda olduğu kimi əziyyət çəkməkdir.Yəni əgər 5 dəq/km sürətlə 10 km qaçmağı planlaşdırırsınız isə, çalışın plana uyğun olaraq da yerinə yetirəsiniz. Bir məqam

düzgün qaçış
İDOL.AZ olaraq, qaçışın 10 qızıl qaydasını sizlərə təqdim edirik.

№1
Ən effektli məşq – yarışda olduğu kimi əziyyət çəkməkdir.Yəni əgər 5 dəq/km sürətlə 10 km qaçmağı planlaşdırırsınız isə, çalışın plana uyğun olaraq da yerinə yetirəsiniz. Bir məqam var ki, siz unutmayın, məşqdəsiniz, ara verin və intervallarla məşq edin.

№2
Həftəlik məşq planınızı 10%-dən artıq olmayaraq qaldırın. Əgər bu gün sizə 10 km qaçmaq asan gəlirsə, gələn məşqdə yarımmarafon qaçmağa tələsməyin. Unutmayın ki, bir anda məşq tempini yüksəldərək, zədə riskinizi artırmış olursunuz.

№3
Son qida qəbulu məşqdən 2 saat öncə olmalıdır. Əks halda ağrılar, köpmələr və qusmaqlarla üzləşə bilərsiniz.

№4
Məşqi 10 dəqiqəlik gəzinti ilə başlayın və yekunlaşdırın. İdman dilində buna “isinmə” və “soyuma” deyillər. Birincisi qan dövranını yaxşılaşdırır və əzələləri isidir, ikincisi isə ayaqlarda ağrıların yaranmasını qoymur, başgicəllənməni və ürəkbulantısının qarşısını alır.

№5
Əgər nəsə iki gündən çox ağrıyırsa (misal, diz), bu zədə ola bilər. Tam bərpa olunana qədər heç bir qaçış məşqi olmamalıdır. İki həftədən sonra da ağrı keçməsə, həkimə getməlisiniz.

№6
Məşqdən öncə adət etdiyiniz qidanı qəbul edin. Əks halda bağırsaq yolunda problemləriniz ola bilər. Nəticədə qarın ağrıları, diareya və s.

№7
Qarşıdan əsən külək sizi daha çox yavaşladır nəin ki, arxadan əsən külək sürətləndirir.

№8
Məşq zamanı danışa bilməlisiniz. Düzdü söhbət etmək diqqətinizi yayındıra bilər. Lakin əgər siz bir cümlə belə qura bilmirsiniz isə, şəxsi sürət həddinizi keçmiş olduğunuzu bilməlisiniz.

№9
Məşqdən öncə karbohidrat ehtiyatınızı artırın. Əgər yarışlarda çıxış edəcəksiniz isə, bir neçə gün öncədən karbohidratlı qidalara keçməyiniz lazımdır. Lakin bunu görməmişlik ilə səhv salmayın.

№10
Əgər zalda yox, küçədə qaçırsınız isə, həmişə hərəkətin əks istiqamətində qaçın. Belə siz gələn maşınları görə biləcəksiniz və bu adi təhlükəsizlik qaydasıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın