Kişilər niyə pornoya baxırlar?
Pornoya həyatında ən azı bir dəfə də olsa baxmayan kişilər dünyada azlıq təşkil edir. Hətta elə kişilər var ki, pornoya daim baxmağı sevirlər. Bəs kişilərin pornoya olan həvəsinin səbəbi nədir? Kişilərin pornoya baxaraq böyük həzz almalarının
Pornoya həyatında ən azı bir dəfə də olsa baxmayan kişilər dünyada azlıq təşkil edir. Hətta elə kişilər var ki, pornoya daim baxmağı sevirlər. Bəs kişilərin pornoya olan həvəsinin səbəbi nədir?
Kişilərin pornoya baxaraq böyük həzz almalarının və vərdiş halına gətirmələrinin səbəbləri var. Bu səbəblər aşağıdakılardır.
Seks həyatlarına rəng qatmaq
Real həyatda seks bəzi günlərdə darıxdırıcı və monoton olur. Kişilər isə monotonluqdan qaçmaq üçün porno filmlərə üz tuturlar. Onlar hər zaman fərqli və yeni seks pozalarını sınaqdan keçirmək istəyirlər. Lakin bir fakt da var ki, porno filmlərində gördüklərini kişilər real həyatda nadir hallarda tətbiq edir, onlar bu filmlərə motivasiya kimi baxırlar.
Vəhşi seks fantaziyaları
Kişilər pornoya baxaraq özlərinin virtual seks həyatlarında sərhəd tanımırlar. Vəhşi seks fantaziyalarını reallaşdırırlar. Öz fantaziya dünyalarını zənginləşdirmək istəyən kişilər, pornoya üz tuturlar.
Çılpaq qadın
Sirr deyil ki, çılpaq qadın kişinin ağlını başından alan əsas faktorlardandır. Porno çılpaqlığa olan təlabatı tam ödəyə bilir.
Darıxdırıcı həyat
Bəli, əksər kişilər pornoya darıxdıqları zaman baxırlar. Hətta bir çox kişilər stresdən azad olmaq üçün porno filmlərə baxmağı məsləhət bilirlər.
Təcrübə yığmaq
Kişilər seksdə qadını tam təmin etmək istəyirlər. Porno filmlər isə müxtəlif poza və üslubları öyrənmək üçün ən yayılmış və əlçatan “dərsliklər”dir.
Seks əvəzi
Tək yaşayan kişilər cinsi həyatlarını rəngləndirmək və təlabatlarını ödəmək üçün porno filmlərə ən yaxşı alternativ kimi baxırlar. Bu kişilərin əksəriyyəti pornoya baxaraq həzz almış olurlar.
Ətraf təsir
Sirr deyil ki, kişilər öz seks təcrübələri ilə dostlarla, tanışlarla bölüşməyi sevirlər. Əgər bu dostların arasında cinsi həyatı daha az rəngarəng olan varsa, həmin kişilər pornoya baxaraq, öz “qurdlarını” öldürmüş olurlar.
Adət
Kişilərin əksəriyyəti porno filmlərə baxmağı adət ediblər. Bəziləri isə pornodan asılı vəziyyətə düşürlər. Artıq bu kişilər üçün pornoya baxmaq gündəlik məşğuliyyət halına gəlmiş olur.
Masturbasiya
Pornoya baxaraq masturbasiya edən kişilər həzz almaq yolunu asanlaşdırmış olurlar. Seksə ehtiyacı olduqların hər bir an buna əl atan kişilər, vəziyyətdən asan çıxmağın yolu kimi pornoya baxırlar.