Home / QİDA  / Fastfud evdə, tez və sağlam

Fastfud evdə, tez və sağlam

Bəli, daha əvvəl yazdığımız kimi fastfud olduqca ziyanlı qidadır. Daimi rasiona fasfudu daxil edərək, siz öz sağlamlığınızı təhlükə altına salırsınız. Lakin hərdən, bunu çox istəsəniz fastfudu evdə də hazırlaya bilərsiniz. Necə? Hazırlanma qaydası aşağıda verilmişdir. Çizburqer 4

fastfud resepti
Bəli, daha əvvəl yazdığımız kimi fastfud olduqca ziyanlı qidadır. Daimi rasiona fasfudu daxil edərək, siz öz sağlamlığınızı təhlükə altına salırsınız. Lakin hərdən, bunu çox istəsəniz fastfudu evdə də hazırlaya bilərsiniz. Necə? Hazırlanma qaydası aşağıda verilmişdir.

Çizburqer

4 qamburqer üçün xüsusi çörək
700 qr mal əti (farş da ola bilər)
1 soğan
4 lay qamburqer pendiri
1 böyük pomidor
Kahı
Zeytun yağı
Duz, istiot
Duzlu xiyar
Ketçup

Hazırlanması:
1. Mal ətini maşından çəkin, duz və istiot vurun.
2. Qida polietilenindən istifadə edərək, qalınlığı 1-1,5 sm olan yumuru kotletlər hazırlayın və zeytun yağında qızardın.
3. Soğan, pomidor və duzlu xiyarı yumuru formada kəsin.
4. Çörəyi qızıdırın və iki yerə bölün. Ardınca kahı, pomidor, soğan, duzlu xiyar, kotlet və pendir qoyub üstünü çörəyin ikinci yarısı ilə örtün.

Naqqets

2 toyuq filesi
1 yumurta
Duz,istiot
Zeytun yağı
Xırdalanmış suxari (şirin olmayan)
Süd

Hazırlanması:
1. Fileni yuyun, qurudun və böyük olmayan hissələrə ayırın. Duz və istiot vurun, ardınca südü üzərinə töküb 30 dəqiqə gözlədin.
2. Bir qabda suxarini qoyun, digərində yumurtanı çalın.
3. Tavada zeytun yağını qızdırın.
4. File hissələrini ilk öncə yumurtaya, sonra isə suxariyə batıraraq qızardın.

“Free” ziyan olduğu üçün kartof qızarda bilərsiniz, lakin “free” hazırlayan maşınınız varsa, evdə kartofu uzun-uzun doğrayıb bişirə bilərsiniz. İçki kimi sadə su və ya təbii meyvə şirələrini istifadə edin. Nuş olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın