Home / XƏBƏRLƏR  / Turan Məmmədli dünya aviasiyasına inqilabla gəlir

Turan Məmmədli dünya aviasiyasına inqilabla gəlir

O, Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsidir. İddia edir ki, yeni təyyarə mühərriki icad edib – yanacaqsız mühərrik!.. İcadını «Plazma tipli mühərrik» adlandırıb. Turan Məmmədli iddia edir ki, plazma tipli mühərriki olan təyyarələrin yanacaq mühərrikli təyyarələrdən

turan məmmədli
O, Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsidir. İddia edir ki, yeni təyyarə mühərriki icad edib – yanacaqsız mühərrik!.. İcadını «Plazma tipli mühərrik» adlandırıb.

Turan Məmmədli iddia edir ki, plazma tipli mühərriki olan təyyarələrin yanacaq mühərrikli təyyarələrdən xeyli üstünlüyü var. Bu, həm yanacaq sərfiyatına 100 faiz qənaət, həm də həmişəkindən 3 dəfə çox sərnişin daşınması deməkdir.

Sərnişin təyyarələrində çəkinin böyük hissəsi yanacağın payına düşür. Deməli, əsas yük yanacaqdır. Bu üzdən təyyarənin ölçüsü böyük olsa da, lap çox sərnişin götürə bilmir. Plazma mühərrikləri yanacaqsız çalışdığından sərnişin tutumu 2 min nəfəri aşa bilər. Bu, təyyarənin sürətini yüksəldir, üstəlik, yanacağa da 100 faiz, yəni tam qənaət etməyə imkan verir. Ekoloji təmizlik də öz yerində – atmosferə heç bir zərərli qaz atılmır.

“Boeing” təyyarələri qənaətcil sayılır. Onların yanacaq tutumu 60 tondur. Hər saata 1-2 ton civarında yanacaq sərf edirlər. “Airbus A3xx” təyyarələri orta hesabla 850 sərnişin daşıyır. Çəkisi təxminən 570 ton olan bu təyyarələrin yanacaq çəkisi 260 ton civarındadır. ABŞ-ın ən böyük aviasiya şirkətlərindən sayılan “US Airlines” təkcə bu ilin yanvarında təyyarələrdə 1.2 milyard qallon (1 qallon 4.5 litrdir) yanacaq istifadə edib. Bu da 32 milyard 200 milyon dollar deməkdir.

Turan Məmmədli iddia edir ki, bu təyyarələr plazma mühərriklərindən yararlansa, bir təyyarənin sərnişin tutumunu 2 min 500-ə çatdırmaq olar. Yanacaq işlənməyəcəyindən sərf edilən milyonlar da ölkəyə qalacaq. Plazma tipli mühərriklərin sayı təyyarələrin ölçüsündən asılı olaraq 2-6 arasında dəyişə bilər.

Turan Məmmədlinin fikrincə, onun ixtirasını reallaşdırmaq baxımından Azərbaycanın yetərli maddi və texniki resursları yoxdur. Buna görə də üz tutub xarici dövlətlərə.

“Artıq bu barədə bir neçə xarici dövlətlə danışmışam. TALPA-dan (Türk Hava Yolları Pilotlar Assosiasiyası) Gürcan Mantı ilə danışıqlar aparmışam. O təklif edib ki, sxemi Türkiyəyə yollayım, bunun üzərində araşdırmalar aparsınlar və patentləşdirməni orada etsinlər. İran neft şirkətindən də təkliflər gəlib”.

Turan Məmmədli təkliflər üzərində düşünüb, hələ ki, Türkiyənin üzərində dayandığını deyir. Bu layihəni müttəfiq dövlətlərlə reallaşdırandan sonra Azərbaycanda özünün “Turan Industries” şirkətini qurmaq istəyir. Lakin Türk Hava Yolları Pilotlar Assosiasiyasının prezidenti Gürcan Mantı əlindən gələn köməkliyi göstərəcəyinə söz verib, amma şərtləri var. Şərtlərdən biri bu ixtira dövlət olaraq Türkiyə, şəxs olaraq Turan Məmmədlinin adımdan tanınacaq və şirkət yaradıldığı halda vergilərin hamısı Türkiyə hökumətinə ödəniləcək. (azadliq.org)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın