Home / GÖRKƏM  / Gələcəyin köynəkləri

Gələcəyin köynəkləri

Fantastik filmlərə inanaraq, gələcəyin geyimlərini onlara uyğun olacağına inanmayın. İDOL.AZ normal insanların gələcək geyimlərinin, təqribən necə olacağını sizlərə təqdim edir. Adətən kişilər köynəyi iki gündən çox geyinmirlər. Əgər ekstra səligəli olsanız, daha iki gün əlavə oluna

fabrican
Fantastik filmlərə inanaraq, gələcəyin geyimlərini onlara uyğun olacağına inanmayın. İDOL.AZ normal insanların gələcək geyimlərinin, təqribən necə olacağını sizlərə təqdim edir.

Adətən kişilər köynəyi iki gündən çox geyinmirlər. Əgər ekstra səligəli olsanız, daha iki gün əlavə oluna bilər. Lakin bu əvvəllər idi! 2013-cü ildə yaradılmış Wool & Prince şirkəti iddia edir ki, xüsusi işlənmiş yun materialdan hazırlanan köynəkləri 100 gün ərzində geyinsəniz belə, onları ütləməyə ehtiyac qalmayacaq. Bu köynəkləri Woolandprince.com saytından əldə edə bilərsiniz.

2014-cü ildə yaradılmış The 1984 Collection geyim kolleksiyası xüsusi ciblərlə təmin olunub. Beləki, bu cibinizə telefonunuzu qoysanız sizi heç kim heç bir siqnalla tapa bilməyəcək. Tamamilə bütün xarici siqnallardan bloklaşdırılan telefonunuzu heç bir mobil siqnalı, Wi-Fi, GPS, RFID siqnalları ilə təyin edə bilməyəcəklər. İlkin sifarişlər 1984.the-affair.com saytında reallaşdırılır.

İspaniyalı kimyaçı və dizayner Manel Torres 2000-ci ildə Fabrican maye parçanı patentləşdirmişdir. Bu maye parça xüsusi qablarda olur, sprey kimi bədənə vurularaq, geyimlər hazırlanır. Torres bütün dünyanı gəzərək, öz icadını nümayiş etdirir. Pambıq və polimerlərdən ibarət olan maye parça bədəndə dərhal quruyur. Hətta bu köynəyi sonradan çıxardıb yumaq da olar. Yeganə olmaz – ütüdür. Baxmayaraq ki, icad artıq 15 ildir var, hələki bu parçalar hələ də satışda yoxdur. Lakin Torres bunun tezliklə olacağına söz verir, Fabricanltd.com.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın