Home / QADINLAR  / Tanışlıq psixologiyası: ümidsiz görünməkdən necə yayınmaq olar?

Tanışlıq psixologiyası: ümidsiz görünməkdən necə yayınmaq olar?

Əgər uzun zamandır hər hansı bir xanımla münasibət qurmaqda çətinlik çəkirsiniz isə, bu o deməkdir ki, özünüzdə nələrisə dəyişməlisiniz. Əgər tanışlarınız xanımlarla münasibətdə sizdən daha uğurludursa, demək onlardan öyrəniləsi bir çox şey var. Bilməli olduğunuz ən

ümidsiz kişi
Əgər uzun zamandır hər hansı bir xanımla münasibət qurmaqda çətinlik çəkirsiniz isə, bu o deməkdir ki, özünüzdə nələrisə dəyişməlisiniz. Əgər tanışlarınız xanımlarla münasibətdə sizdən daha uğurludursa, demək onlardan öyrəniləsi bir çox şey var.

Bilməli olduğunuz ən vacib məsələ xanımların kişilərdə hansı xarakterlərə üstünlük verməsidir. Bu xarakterləri onların özlərindən soruşmağa cəhd etməyin. Çünki, ən təcrübəli xanım belə, bunu sizə dəqiqliklə izah edə bilməyəcək.

Bu xarakterlərə özünəinam, həyatını sevə-sevə yaşamaq, fərqliliklərdən zövq almaq və ən əsası sosial mövqeyinizdən, kimliyinizdən razı olmağınız və heç zaman şikayətlənməməyinizdir.

Qarşı tərəfin diqqətini cəlb edən zaman və onunla ünsiyyətdə olan zamsan özünün yuxarıda sadaladığımız xüsusiyyətlərdəki kimi hiss edin. Rahat, inamlı və xoşbəxt!

Yaşadığınız şəraitdən şikayət etmək sizin münasibətin hansı səviyyəsində (tanışlığa cəhddən evlilik münasibətinə qədər) olmağınızdan asılı olmayaraq xanımda sizə olan istəyi və cazibəni azaldacaq. Yadınızda saxlayın ki, xanımlar güclü kişilərin yanında olmağı istəyirlər.

Bəs ümidsiz, ehiyaclı kimi görünməmək üçün nə etmək lazımdır?

1. Düşüncə tərzinizi dəyişin

Ümidsiz və ya carəsiz insanlar qərarları əslində nə əldə etmək istədiklərinə uyğun deyil, nədən qorxduqlarına uyğun qəbul edirlər. Misal üçün, tək qalmaqdan qorxmaq, heç zaman özünə uyğun insanı tapa bilməməkdən və ya heç bir gözəl xanım tərəfindən qəbul edilməməkdən qorxmaq kimi fikirlərdən özlərini azad edə bilmir və buna uyğun nəticə əldə edirlər.

Bu qorxu isə qarşı tərəfdə sizin haqqınızda inamsız, zəif, ehtiyaclı və s. kimi mənfi fikir formalaşdırır. Buna görə də, hətta xanımın sizi və ya hansısa hərəkətinizi bəyənməməsini şəxsən özünüzə qəbul etməyin. Hər bir insanın özünə uyğun düşüncə tərzi var. Onun nə fikirləşməsi sizin necə olmağınız demək deyil.

Özünüzü bütün xanımlar tərəfindən bəyənilən kişi kimi qəbul edin, bu sizin düşüncənizdə və nəhayətdə qarşı tərəfə qeyri-verbal göndərdiyiniz siqnalında müsbətə doğru ciddi dəyişikliklər edəcək.

2. Öz həyatınızı pozitivə doğru dəyişmək üçün addımlar atın

Əgər siz xarici görünüşünüzdən, işinizdən və başqa nədənsə narazısınızsa, bunu dəyişmək üçün planlı şəkildə çalışın. Yaddınızda saxlayın, özünüzü qəbul edin və sevin. İdmanla məşğul olun, bu əhvalınıza müsbət təsir edəcək.

Özünüzə xoş təsir bağışlamağınız eyni hissələri qeyri-verbal şəkildə sizi küçədə, restoranda, işdə müşahidə edən insanlara da ötürür.

3. Rahat olun və olduğunuz vəziyyətdə özünüzü ən yaxşı kimi hiss edin.

Xanımlar öz kimliyi ilə xoşbəxt və rahat olan bəyləri bəyənirlər. Odur ki, olduğunuz şəraitdə yalnız bir insana diqqət yetirməyin. Əgər hansısa tədbirdəsinizsə, orada hər hansı xanımın iştirak edib etməməsindən asılı olmayaraq tədbirdən zövq almağa çalışın. Bu çoxlu içki qəbul etmək, kimisə narahat etmək mənasına gəlmir. Sadəcə müxtəlif insanlarla tanış olun.

Olduğunuz mühitdə hər hansı xoşladığınız xanıma nəzərlərinizi zilləməyin. Bu onu narahat edə bilər. Ətrafa baxın, sizə nəzər yetirən şəxsə təbəssüm edin və başqa işlə məşğul olun. Bu qarşı tərəfdə sizə qarşı maraq oyadacaq.

4. Xanımla danışarkən səmimi olun, özünüz barədə çox və yalnış məlumat verməyin.

Ünsiyyətdə xanımlar onları dinləyən insanları daha çox bəyənirlər. Onlara işləri barəsində suallar verə bilərsiniz. Özünüz barədə çox danışmayın. Yalan məlumat verməyin bu sizi çətin vəziyyətə sala bilər. Xanımlar yalanı daha tez başa düşür və gec-tez bu ona məlum olduğu halda əziyyətlə qazandığınız hörməti və cəzibədarlığı bir anda itirmiş olacaqsınız.

6. Heç zaman xanımın diqqətini cəlb etmək üçün çox cəhd etməyin.

Əgər hər hansı və ya bir çox xanımın diqqətini cəlb etmək üçün çox çalışsanız, siz heç bir xanımın diqqətini cəlb edə bilməyəcəksiniz. Xanımın diqqətini cəlb etmək üçün “flirt” qaydaları ilə tanış olmalısınız. Geyiminizi gedəcəyiniz yerə uyğun seçin ki, özünüzü həmin şəraitdə rahat və əmin hiss edəsiniz.

Əgər hansısa xanım sizi açıq aşkar bəyənmirsə, heç bir halda onun diqqətini cəlb etməyə çalışmayın. Ətrafınıza nəzər yetirin. Sizin mesajlarınıza cavab verməyən xanımın diqqətini cəlb etmək üçün atacağınız istənilən addım sizin əleyhinizədir və sizi zəif, həmin xanıma ehtiyaclı kimi göstərəcək. Bundan daha uyğunu isə digər xanım tapmağınız və onunla xoşbəxt yaşamağınız olar.

7. Ünsiyyətinizi yüksək məqamda kəsməyi bacarın.

Ünsiyyətiniz ən xoş məqamda dayandırmaq, qarşı tərəfin bir daha sizinlə ünsiyyət qurmasına həvəslədirəcək. Misal üçün əgər tədbirdəsinizsə və bir neçə dəqiqə və ya saat hər hansı xanımla danışırsınızsa, ünsiyyətin ən xoş məqamında danışığı yarıda saxlayın və içkini yeniləmək adı ilə digər insanla ünsiyyət qurun. Bunu telefon danışığı zamanı, sosial şəbəkədə yazışma zamanı da etməyiniz əhəmiyyətlidir. Əgər siz xanımın söhbətin bir küncə sıxılmasından sonra ürəyi sıxılaraq getməsini gözləyirsinizsə, bu sizin ən uğursuz yanaşmanız olacaq. Bu xanımda sizin özünüzdən əminliyiniz kimi qəbul ediləcək. Bunu nəzakətli qaydada etmək olduqca vacibdir.

8. Əlaqə vasitələri ilə bağlı rahat olun.

Hazırkı dövrümüzdə sosial şəbəkələr, mobil telefon app-ləri ünsiyyət vasitəsi kimi geniş yayılmışdır. Əgər bu vasitə ilə xanımla danışarkən ümidsiz görünmək istəmirsinizsə, ünsiyyətinizdə aşağıdakı qaydalara riayət etməlisiniz.

Əgər sizin əlaqəniz xanımda varsa heç zaman əlaqə qurmağa tələsməyin. Yani əgər hər hansı məclisdə, tədbirdə xanımın əlaqəsini – telefon nömrəsini, facebook ünvanını və s. əldə etmiş və öz əlaqə vasitənizi təqdim etmişsinizsə, tədbirdən ən azı 2 həftə keçənə qədər xanımla əlaqə saxlamağa cəhd etməyin. Əgər bu halda, xanım cəhd etmiş olarsa, ünsiyyətin ən yaxşı məqamında danışığı nəzakətli qaydada sonraya saxlayın.

Əgər ünsiyyət zamanı xanım qəfil sağollaşarsa, onu saxlamağa və ya bir də nə zaman danışa biləcəyiniz haqda soruşmağa cəhd etməyin.

Sosial şəbəkədə yazışarkən, verdiyiniz suala cavab almamış, xanıma digər sual verməyin. Xanıma ardıcıl olaraq cavabsız qalan çoxlu zəng etmək və mesaj yazmaq sizin carəsiz və ümidsiz olmağınız barədə xanıma qeyri-verbal məlumat ötürür ki, bu da sizi xanım üçün maraqsız edir.

Heç vaxt yeni tanış olduğunuz xanımın yazdığı mesaja tez bir zamanda cavab verməyin. Özünüzü həmin xanım üçün hər zaman asan əldə edilən etməyin. Öz işlərinizə və planlarınıza vaxt ayırın və məşğul olduğunuzu və işinizi bitirdikdən sonra əlaqə saxlayacağınızı bildirin.

Tanış olduğunuz gün xanımı icazə almadan facebookda və ya digər sosial şəbəkədə dostluq göndərməyin. Bunun üçün müəyyən müddət keçməlidir və hətta bir müddətdən sonra ona dostluq göndərməyinizə baxmayaraq sizə cavab gəlmirsə, narahat olmayın. Bu sizi zəif və ehtiyacda olan biri kimi göstərir. Gec-tez qəbul edəcək, etməyəcəksə, deməli o insan sizə lazım deyil.

Dost olduqdan sonra xamının diqqətini cəlb etmək üçün onun şəkillərini ardıcıl olaraq bəyənməyə və ya şərh verməyə başlamayın. Bunu onun diqqətini cəlb etmək üçün etdiyiniz xanıma “Günəş” kimi məlumdur və onun sizə olan marağını azaldacaq və sizin də sıradan biri olduğunuzu hiss etdirəcək.

9. Heç zaman tək olmağınıza istinad etməyin.

Tək olmağınızla bağlı edə biləcəyiniz istənilən zarafatdan, şikayətdən, misaldan və s.-dən uzaq durun. Bu sizin heç kim tərəfindən sevilməməyiniz imicini formalaşdırır ki, əslində bu belə deyil. Düzgün yanaşma tərzindən istifadə etsəniz, xoşladığınız xanımla birlikdə xoşbəxt ola bilərsiniz.

Hər bir xanım bəyəndiyi insanın digər xanımlar tərəfindən də bəyənildiyinə əmin olmaq istəyir. Xanım sizi digər xanımların əlindən alaraq özünkiləşdirməsinə əmin olmaq istəyir. Əgər siz onun gözündə zəif, heç kim tərəfindən bəyənilməyən biri kimi görünsəniz, inanın ki, ona da lazım olmayacaqsınız.

Rüstəm Rəhimov

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın