Home / SAĞLAMLIQ  / Kişi potensiyasının qatı 7 düşməni

Kişi potensiyasının qatı 7 düşməni

Balaca dostunuzun vaxtında "yatıb-durmasını" istəyirsiniz isə, onu bu yazıda göstərdiyimiz düşmənlərdən qorumalısınız. Beləliklə, potensiyanızın birinci düşməni - narkotik və s., bəzi dərmanlar. Sidikqovucu, təzyiq yüksəldən, kardioloji dərmanlar, alkoqol, siqaret, antidepressantlar, qastriti müalicə edən dərmanlar potensiyanızın düşmənidir. İkinci

potensiya
Balaca dostunuzun vaxtında “yatıb-durmasını” istəyirsiniz isə, onu bu yazıda göstərdiyimiz düşmənlərdən qorumalısınız.

Beləliklə, potensiyanızın birinci düşməni – narkotik və s., bəzi dərmanlar. Sidikqovucu, təzyiq yüksəldən, kardioloji dərmanlar, alkoqol, siqaret, antidepressantlar, qastriti müalicə edən dərmanlar potensiyanızın düşmənidir.

İkinci düşməni – iş. Oturaq həyat tərzi potensiyanızda problemlər yaradır. Azhərəkətli həyat tərzi, fastfud, stres. Çıxış yolu – ən azından evdə sadə velotrenajorunuzun olmasıdır. Ən yaxşı halda isə idmana yazıla bilərsiniz.

Üçüncü düşməni – “alınmayacaq” qorxusu. Səbəb psixoemosional gərginlikdir. Həmçinin prostat əməliyyatı keçirən kişilərdə də belə qorxular olur. Əsas odur ki, uğursuzluqlar barəsində az fikirləşəsiniz. Pozitiv olun, sevdiyiniz insanlarla ünsiyyətə girin, psixoloqun qəbuluna düşün.

Dördüncü düşməni – ürək-damar xəstəlikləri. Əgər sizin hipertoniya, aterokleroz və s. ürək xəstəliyiniz varsa, potensiyanız da sizi yarı yolda qoya bilər. Prostatın digər ən böyük düşməni şəkər xəstəliyidir. Çıxış yolu olaraq, yaxşı həkim tapıb, düzgün müalicə alaraq, bu nasazlıqlardan qurtulmaqdır.

Beşinci düşməni – yaş. Bəli yaşınız artdıqca testosteronun səviyyəsi də aşağı düşür. Bu zəmində təbii seksual funksiyalarınız zəifləyir. Çıxış yolu olaraq, düzgün qidalanmaq, hərəkət, siqaret və alkoqoldan imtinanı göstərmək olar.

Altıncı düşməni – çanaq zədəsi. Potensiyanın inkişafına çanaq zədə və sınıqları səbəb ola bilər. Çıxış yolu olaraq, güclü cərrah və uroloqun məsləhətidir.

Yeddinci düşməni – prostat adenoması. İlk mərhələdə konservativ müalicə. Əgər şiş 3-cü dərəcə kimi qiymətləndirilirsə, cərrahi əməliyyat tələb olunacaq. Əməliyyatdan sonra ereksiya disfunksiyaları yarana bilər. Qasıq ağrıları hiss edən kimi mütəxəssisə müraciət edin. Müalicə kursu keçin. Həkimin verdiyi pəhrizə maksimum riayət edin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın