Home / XƏBƏRLƏR  / Bəhram Bağırzadə “Neftçi” azarkeşlərinə bilet paylayacaq

Bəhram Bağırzadə “Neftçi” azarkeşlərinə bilet paylayacaq

Neftçi” klubunun Müşahidə Şurasının və "Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə azarkeşlərə müraciət edib. Müraciət klubun rəsmi Facebook səhifəsində yayımlanıb. Məşhur KVN-çi klub azarkeşlərini "İnter”lə oynanacaq kubok matçına dəvət edib. Həmin müraciəti olduğu kimi təqdim

bəhram bağırzadə
Neftçi” klubunun Müşahidə Şurasının və “Bakılı oğlanlar” KVN komandasının üzvü Bəhram Bağırzadə azarkeşlərə müraciət edib.

Müraciət klubun rəsmi Facebook səhifəsində yayımlanıb. Məşhur KVN-çi klub azarkeşlərini “İnter”lə oynanacaq kubok matçına dəvət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Əziz azarkeşlər, hamımızın sevimlisi, “Bakılı oğlan” Bəhram Bağırzadə sizi 13.04.2015-ci il tarixində “Bakcell Arena”da keçiriləcək “Neftçi” və “İnter” oyununa dəvət edir. Bu matçda əldə olunacaq uğurlu hesab bizi finala bir addım da yaxınlaşdıracaq. Odur ki, bu vacib qarşılaşmada komandamızı tək qoymayaq. Dəvətimizi qəbul edərək matça gələcəyini təsdiqləyən hər bir azarkeşimizə oyunun bileti hədiyyə olunacaq. Bəhram Bağırzadə tərəfindən biletlərin hansı məkanda hədiyyə olunacağı barədə sizə məlumat verəcəyik”.

Qeyd edək ki, “Neftçi” ilə “İnter” arasında keçiriləcək yarımfinalın ilk oyunu saat 19:00-da başlayacaq.(sport7.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın