Home / SAĞLAMLIQ  / Qaraciyərin müalicəsində xalq təbabəti

Qaraciyərin müalicəsində xalq təbabəti

Qaraciyər insan orqanizmində ən əsas orqanlardan biridir. Qaraciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qaraciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və

qaraciyər xalq təbabəti
Qaraciyər insan orqanizmində ən əsas orqanlardan biridir. Qaraciyərin sağlamlığı bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qaraciyər orqanizmin filtridir. Filtr “çirklənəndə”, şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaretin çəkilməsi, düzgün olmayan qidalanma (rasionda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fastfud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qaraciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qaraciyər funksiyasının pozulması simptomları meydana çıxır – sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan “səbəbsiz” baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.

Qaraciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan, təbii ki, siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatları özbaşına yox, yalnız həkim təyin etdikdən sonra qəbul etməlidir, stres və həyəcanlanmalardan uzaq olmalıdır. Qaraciyər digər həzm orqanları kimi qida qəbulları arasında uzun fasilələr “xoşlamır”. Qidanı gün ərzində 4-5 dəfə olmaqla qəbul etmək lazımdır. Bu qara ciyəri artıq yükləmədən qoruyur.

Müəyyən xalq təbabəti vasitələr qaraciyərin təmizlənməsinə və möhkəmlənməsinə kömək edir. Bu vasitələrin arasında:

– Qara ciyər bu kimi məhsulları xoşlayır: balqabaq (şirə içmək, sıyıq bişirmək olar, balqabaq tumları da xeyirlidir), yemiş, çuğundur, sitrus meyvələri (xüsusilə portağal), müxtəlif göyərtilər (xüsusilə kərəviz, cəfəri), süd məhsulları (xüsusilə kəsmik, pendir), müxtəlif sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarmaları). Sadaladığımız məhsulları daha tez-tez qəbul etmək lazımdır.

– Bal qaraciyər üçün xüsusilə xeyirlidir. Hər gün səhər tezdən 1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

– Bəzi bitkilər qaraciyərin funksiyasını yaxşılaşdırır. Bu bitkilərin arasında: dağ tərxunu, qarğıdalı saçaqları, solmaz çiçəyi, itburnu, nanə və s. Bu otları həm tək-tək, həm də yığım şəklində istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın, sonra alınımış yığımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal da əlavə etmək olar.

– Lazımi miqdarda adi təmiz su qəbul edin. Bu orqanizmdən ziyanlı maddələrin çıxmasına kömək edir.

– Fiziki hərəkətlilik də qaraciyərin sağlamlığı üçün çox vacibdir. Yoqada qara ciyərin təmizlənməsi və möhkəmləndirilməsi üçün müxtəlif məşqlər var. Açıq havada gəzintilər, üzgüçülük də çox xeyirlidir.

– Bəzi dərman preparatların qəbulu da qaraciyərin funksiyalarını yaxşılaşdırır. Lakin bu preparatları yalnız həkim təyin etdikdən sonra qəbul etmək olar.(saglamolun.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın