Home / XƏBƏRLƏR  / Kitab, yoxsa e-kitab?

Kitab, yoxsa e-kitab?

Dünyanın əksər ölkələrində internet resursları, elektron vəsaitlər artdıqca kitabxanaların sayı azalır. Azərbaycanda da vəziyyət fərqli deyil. 64 rayon üzrə kitabxanaların sayı ötən il 3174 olub. 1995-ci ildə bu rəqəm 4794 olsa da, son 19 ildə kitabxanaların

kitabxana
Dünyanın əksər ölkələrində internet resursları, elektron vəsaitlər artdıqca kitabxanaların sayı azalır. Azərbaycanda da vəziyyət fərqli deyil.

64 rayon üzrə kitabxanaların sayı ötən il 3174 olub. 1995-ci ildə bu rəqəm 4794 olsa da, son 19 ildə kitabxanaların sayı 33,8% azalıb. Əhalisi getdikcə artan paytaxt Bakıda 1995-ci ildə 184 kitabxana olduğu halda, indi onların sayı 75-ə qədər enib.

“Əksər kitabxanalarımız Sovet dövründə qurulmuşdu. Modernləşmə və elektronlaşma aparıldıqca bəziləri birləşdirildi, bəziləri də ləğv olundu”, – Mədəniyyət və Turizm Nazirliyi rəsmisi İntiqam Hümbətov bildirir.

Ölkənin ən böyük kitabxanası sayılan, 4 milyon 568 min ümumi kitab fonduna malik Milli Kitabxanaya cari ildə 34923 oxucu üzv olub. Bu rəqəm 2013-cü ildəki göstərici (31155) ilə müqayisədə irəliləyiş hesab olunsa da, ümumilikdə, oxucuların davamiyyəti 2007-ci ildən ötən ilədək 11,3% geriləyib. Kitabxananın 2007-ci ildən fəaliyyət göstərən elektron kitabxanasından istifadə edənlərin sayında 88,5% artım qeydə alınıb.

“7 il əvvəl 74 min oxucu elektron kitabxanadan faydalanırdırsa, 2014-cü ildə onların sayı 647 min nəfərə çatıb”, – kitabxana elmi katibi Əminə Cəfərova deyir. Kitabxananın müasirləşməsinə, kitab fondunun zənginləşməsinə baxmayaraq, yuxarıdakı göstəricilər qarşıdakı illərdə virtual oxucuların sayının çoxalacağını, kitabxanaların sayının isə azalacağını proqnozlaşdırmağa əsas verir. (national geographic azərbaycan)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın