Home / BİZNES  / Yol polisi ilə davranışın 15 qanuni yolu

Yol polisi ilə davranışın 15 qanuni yolu

Sürücünün haqqı nədir, yol polisi əməkdaşına qadağan olunan nədir? Yol polisi "ver maşını qırağa, saxla" deyə əmr edir. Saxlayırsınız. Maşından düşməyə ehtiyac varmı, yoxsa oturub polisin sizə yaxınlaşmağını gözləməlisiniz? Sonra? Qanunun bu 15 maddəsini bilsəniz, sonrası asandır. Sürücünün

ypx ilə davranış
Sürücünün haqqı nədir, yol polisi əməkdaşına qadağan olunan nədir?

Yol polisi “ver maşını qırağa, saxla” deyə əmr edir. Saxlayırsınız. Maşından düşməyə ehtiyac varmı, yoxsa oturub polisin sizə yaxınlaşmağını gözləməlisiniz?

Sonra?

Qanunun bu 15 maddəsini bilsəniz, sonrası asandır. Sürücünün haqqı nədir, yol polisi əməkdaşına qadağan olunan nədir? Bu münasibətləri tənzimləyən «Yol-patrul xidməti haqqında təlimat»dan faydalı bildiyimiz 15 maddəni bir yerə topladıq. Bu sənəd 19 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilib. Onu çap edib özünlə gəzdirsəniz, yol polisi ilə münasibətlərin imkan daxilində qanun çərçivəsində baş verər. Qanun isə həmişə onu pozmayan vətəndaşların tərəfində olur.

Beləliklə, sürücülərə və yol polisinə vacib olan 15 bilgi

Yol polisinə OLMAZ:

– Patrul maşınındakı kameranın qarşısından kənarda sürücü ilə ünsiyyətə girmək;

– Özünü, maşınını və ya başqa cihazları ağac, bina və qurğular arxasında gizlətmək;

– Şəhərkənarı yollarda və qaranlıq vaxtlarda təkbaşına yola çıxıb maşın saxlamaq;

– Maşınları dəmiryol keçidləri, tunellər, körpülərin üstündə saxlamaq;

– Cəriməni sürücüdən nağd pulla almaq.

Yol polisinə OLAR:

– Qayda pozan sürücüdən maşını saxlamağı tələb etmək;

– Maşında və sürücünün üstündə axtarış aparmaq;

– Sürücünün maşından enməsini tələb etmək, onu növbətçi hissəyə aparmaq.

Sürücüyə OLMAZ:

– Cəriməni yol polisinə nağd vermək;

– Yol polisi ilə sövdələşmək;

– İçkili, yüksək dozalı dərmanların təsiri altında maşın sürmək;

– Sənədləri qaydasında olmayan, nasaz maşınlarla yola çıxmaq.

Sürücüyə OLAR:

– Saxlamağa səbəb olan problemi 3 saata həll edə bilsə, maşını dayanacağa göndərməməyi tələb etmək;

– Yol polisinin tərtib etdiyi protokolu imzalamamaq, protokolda öz qeydlərini yazmaq;

– Maşın evakuatora yüklənərkən həmin yerə çata bilirsə, onun dayanacağa göndərilməməsini tələb etmək. (avtosfer.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın