Home / QADINLAR  / Ailə intimini məhv edən 6 səbəb

Ailə intimini məhv edən 6 səbəb

Yaxşı seks heç bir zaman bezdirmir. Hər şey ona görədir ki, cütlüklər mənfi səbəbləri bilir və onlarla mübarizə aparırlar. Stres Adətən stres zamanı seks barəsində düşünmürlər. Ailə münaqişələri, mübahisələr bu streslərə səbəb olur. Cütlüklərdən birinin əsəbi olduğu

ailədə intim
Yaxşı seks heç bir zaman bezdirmir. Hər şey ona görədir ki, cütlüklər mənfi səbəbləri bilir və onlarla mübarizə aparırlar.

Stres
Adətən stres zamanı seks barəsində düşünmürlər. Ailə münaqişələri, mübahisələr bu streslərə səbəb olur. Cütlüklərdən birinin əsəbi olduğu zaman digəri anlayışlı olmalıdır. Stres atmaq üçün bir yerə gedin, gəzin, səyahətə çıxın. Əks halda davamlı stres cütlüklər arasında qarşılıqlı nifrətə gətirib çıxardacaq.

Seks zamanı ağrı
Bunun səbəbi – seks zamanı qadın cinsi orqanlarında yetərincə mayə ifraz olunmur. Bu zaman seks “yağ kimi” getmir və qadın ağrılar hiss edir. Əgər uzun müddət bu belə davam edirsə, qadın həkimə getməlidir. Ya da süni smazkalardan istifadəsi mütləqdir. Sonuncu halda, siz tərəfdən bunun edilməsi qadına xüsusi həzz verəcəkdir.

Hamiləlik
Sexual Medicine jurnalının araşdırmalarına görə:

* 42% qadınlar hamiləlik zamanı seksdə özlərini narahat hiss edirlər;
* 4 qadından 1-i hamiləlik zamanı seks barəsində heç bir şey eşitmək istəmir.

Ekspertlər əmindirlər ki, bu aylarda ən yaxşı seks pozaları “kişi arxadan” və “qadın üstdə” pozalarıdır. Qadın sinəsi bu aylarda olduqca həssas olduğundan, onunla rəftar zamanı daha səligəli olmaq lazımdır.

Uşaqlar
Balaca uşaqların qışqırığı, daha böyüklərinin maraqlı baxışları intim üçün ideal şərait hesab edilə bilməz. Çalışın uşaqlarınız sizin yataq otağınızda az oynasınlar. Onları otağa öyrəşdirməyin.

Alkoqol
Spirtli içkilər ereksiya və orqazma cavabdeh olan sinirləri öldürür. Əgər ereksiya yekunda yaranırsa da, sizin orqazma çatacağınız şərt deyil. Nəticə çıxardın.

Seks bezdirib
Zamanla eyni qadınla seks bir gün kişini bezdirir. Bu vəziyyətdən çıxmaq üçün yeni pozalar, intim oyunlar, yeni həyacanlar tələb olunur. İntim həyatınızı rəngarəng etməyə çalışın.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın