Home / SAĞLAMLIQ  / Kortizol

Kortizol

Kortizol hormonu haqqında məlumat. Onun testosteronun azaltması, əzələlərin itirilməsinə və piylənməyə təsiri. Əlamətləri və azaldılması yolunda məsləhətlər. Stres hormonu Kortizol orqanizmin enerjisini ektstremal vəziyyətlərdə tarazlaşdıran hormondur. Adrenalinin səviyyəsini qaldıraraq, təhlükəni hiss etdirir, metobolizmi dəyişərərk, qlükozanı daha da

kortizol
Kortizol hormonu haqqında məlumat. Onun testosteronun azaltması, əzələlərin itirilməsinə və piylənməyə təsiri. Əlamətləri və azaldılması yolunda məsləhətlər.

Stres hormonu

Kortizol orqanizmin enerjisini ektstremal vəziyyətlərdə tarazlaşdıran hormondur. Adrenalinin səviyyəsini qaldıraraq, təhlükəni hiss etdirir, metobolizmi dəyişərərk, qlükozanı daha da əlçatan edir.

Təəssüflər olsun ki, bəzi faktorlar (stres, böyük güc, aclıq, kofe və s.) kortizolun səviyyəsini daim yüksək tutur. Xroniki yüksək səviyyəli kortizol orqanizmi zəiflədir və özündə müxtəlif təhlükələr daşıyır.

Yüksək səviyyəli kortizol

1. Əzələ kütləsinin itkisi. Normal vəziyyətdə orqanizm enerjini karbohidratlardan, yağlardan və əzələ kütləsindən alırsa, kortizolun səviyyəsinin yüksə olduğu halda, əzələ kütləsi birinici yerə keçir.

2. Piy qatlarının artması. Kortizolun yüksək olmasının əlamətlərindən biri aclıq hissi və daim şirin bir şeyin yeyilmə istəyi hissidir. Buna səbəb şəkərin müəyyən müddətə olsa da, kortizolu səviyyəsinin aşağı salmasıdır. Lakin bu hal artıq piy qatlarının yaranmasına səbəb olur.

3. Qarın nahiyəsində piylərin yığılması. Kortizol hormonunun ən böyük mənfi cəhəti qarın nahiyəsində çətin əridilə bilən piy qatlarının yığmasıdır. Bu piy qatları əzələlərin altında yerləşir və zamanla qarını qabağa çıxardır.

4. Şəkərli diabetin inkişafı. Kortizol qanda şəkərin səviyyəsini iki dəfə artırır. Nəticədə xroniki kortizol yüksəkliyi şəkər xəstəliyinin yaranmasına səbəb olur.

5. Testosteronun azalması. Kortizol kişi hormonu olan testosteronun düşmənidir. Kortizol nə qədər çoxdursa, testosteron bir o qədər azdır.

6. İmmunitetin düşməsi. Kortizol qısa müddət soyuqdəyməyə qarşı işləsə də, daha sonra immuniteti zəiflətməyə başlayır.

7. Ürək xəstəliklərinin inkişafı. Kortizol orqanizmi daha çox işləməyə məcbur edir ki, insult və ürək tutmalarına yol açır.

8. Osteoporozun inkişafı. Kortizol kalsiy və kollaqenin həzm səviyyəsini azaldır və nəticədə sümükləri daha zəif edir.

Kortizolun artma səbəbləri

1. Aclıq. Qlükozanın aşağı səviyyədə olması kortizolun artma səbəblərindən biridir.

2. Xroniki stres. Əsəbi dolğunluq orqanizmi bütün enerjisini işlətməyə məcbur edir. Bu da kortizolun birbaşa vəzifəsidir. Lakin daim bu vəziyyətdə olmaq orqanizmi yorur.

3. Fiziki məşqlər. İstənilən fiziki yük orqanizm üçün stresdir. Məşqləriniz nə qədər çox davam edərsə, kortizol səviyyəniz də bir o qədər artar.

4. Kofe. Kofe kortizolun səviyyəsini növbəti bir neçə saat üçün 30% qaldırır. Kofenin daimi qəbulu kortizolun səviyyəsini maksimuma gətirir.

Yüksək kortizolun əlamətləri

1. Artıq çəkinin yığılması. Əgər siz bütün günü pəhrizdəsiniz və həftədə 3 dəfə idmanla məşğul olduğunuz halda kökəlirsiniz isə, bu zaman sizin kortizolunuzun səviyyəsi yüksəkdir.

2. Ürək döyüntülərinin tez olması. Kortizol damarları sıxdığı üçün ürək döyüntülərini artırır. Əgər rahat olduğunuz halda belə ürək döyüntüləriniz yüksəkdirsə, bu kortizolun olmasına işarə verə bilər.

3. Əsəbilik. Kortizol stres hormonu olduğu üçün, əsəbi gərgiliyə də cavabdehdir.

4. Potensiya ilə problemlər. Testosteronun azalması libido və potensiya azalmalarına gətirib çıxardır.

5. Bağırsaq problemləri. Kortizol həzm prosesini zədələyir, köp, diareya və kolitin yaranmasına səbəb olur.

6. Tez-tez tərləmək və sidiyi ifraz etmək. Kortizolun yüksək olması sidik ifrazını çoxaldır v vacib duz və mineralları tərləyərək orqanimzdən çıxardır.

7. Depressiya və yuxusuzluq. Kortizol depressiya və yuxusuzluğun inkişafını stimullaşdırır.

Kortizolun səviyyəsini azaltmaq

1. 45-60 dəqiqədən artıq olmayan məşqlər. Bu müddət optimal hesab olunur, daha çox artıq əks təsir verəcəkdir.

2. BCAA və karbohidratların məşq zamanı qəbulu. İdman içkiləri məşq zamanı orqanizmə enerji verəcəkdir ki, kortizolun sintezini azaltmış olacaq.

3. Xüsusi qidalanma. Soyuqdəymə proseslərini azaldan pəhriz, kortizolun da səviyyəsini aşağı salır. Belə pəhrizə karbohidratlar, faydalı yağlar, minimum kofe, alkoqol və s. daxildir.

4. Kortizolu azaldan əlavələr. Məşqdən sonra maqniyin qəbulu kortizolu azaldır.

5. Stres ilə mübarizə bacarığı. Meditasiya və yoqa stresdən qurtarır və kortizolu azaldır.

6. Gülmək. Yaxşı əhval-ruhiyyə və gülmək kortizolun səviyyəsini və stresi azaldır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın