Limonadın hazırlanması
Aprel-may ayları insanların ən çox susuzladıqları aylardır. Havalar isinir və sizin susuzluğunuzu aradan qaldıra biləcək limonad hazırlaya bilərsiniz. Necə? Oxuyun! Lazım olanlar: 10 ədəd limon, 700 qr şəkər tozu, 4 L su, 1 portağal, yaşıl nanə
Aprel-may ayları insanların ən çox susuzladıqları aylardır. Havalar isinir və sizin susuzluğunuzu aradan qaldıra biləcək limonad hazırlaya bilərsiniz. Necə? Oxuyun!
Lazım olanlar: 10 ədəd limon, 700 qr şəkər tozu, 4 L su, 1 portağal, yaşıl nanə yarpaqları.
Hazırlanma qaydası:
Limon və portağalın qabıqlarını soyub, rəndələyin. Bunları şəkər tozu ilə ovaraq 15 dəqiqə qarışdırın. Portağal və limonların hər birini 8 dilimə bölün. Şəkər qarışığına bu dilimləri əlavə edin. Yarım litr su əlavə edin. Qarışdıraraq əzin. Yarım litr su yenə əlavə edin və qarşdırın. Bunu 3 dəfə təkrar edin. Sonra qalan 2,5 litr suyu da əlavə edin. Təmiz bezdən süzün. Təzə nanə yarpaqları ilə bəzəyin. Nuş olsun! (1001dad.com)