Home / İDMAN  / Motivasiyanın 7 qızıl qaydası

Motivasiyanın 7 qızıl qaydası

Gözəl bədən quruluşunun əldə edilməsi üçün motivasiyanın 7 qaydası. İdman ilə məşğul olun. 1. "Yeni Mən" haqqında düşünün Yeni məqsədlərə gedən yolda birinci olaraq, indiki vəziyyətin sizi niyə narahat etdiyini öyrənməkdir. Bəzi hallarda siz bədəninizə "nifrət" etməlisiniz

motivasiya
Gözəl bədən quruluşunun əldə edilməsi üçün motivasiyanın 7 qaydası. İdman ilə məşğul olun.

1. “Yeni Mən” haqqında düşünün

Yeni məqsədlərə gedən yolda birinci olaraq, indiki vəziyyətin sizi niyə narahat etdiyini öyrənməkdir. Bəzi hallarda siz bədəninizə “nifrət” etməlisiniz ki, yeniliyə bütün gücünüzü qoyasınız.

2. Həmfikirlərinizi tapın

Siqareti atmaq fikrinə gəlib lakin siqaret çekən ətrafınızı uzaqlaşdırmasanız, onlardan müsbət münasibət gözləməyin. Hətta onlar sizin gərarınıza hörmətlə yanaşsalar da, özləri siqareti atmasalar, sizin hisslərinizi bilməyəcəklər.

İdmanda da eyni ilə, başı çıxmayan insanlardan məsləhət almayın. Həmfikirlərinizi tapın. Məşq zalında tanış olun, bir yerdə məşq edin.

3. Məqsədinizi vizuallaşdırın

İstədiyiniz bədən quruluşunun şəklini tapın. Axtarış zamanı boya və genetikaya fikir verin.

Həmçinin qarşıya real məqsədlər qoyun. Bədənizin 6 ay sonra necə olmasını istədiyinizi dəqiq bilin. Super fitnes modelini nümunə seçməyin, bu yalnız demotivasiya olacaqdır.

4. Məqsədlərə qlobal baxın

Tez-tez irəlləyişi izləməyin. Hər gün çəkini öyrənmək, əzələ ölçülərini ölçmək lazım deyil. Bunu 15-20 gündən bir etmək kifayətdir.

5. Bir yerdə durmayın

İllər ilə eyni məqşq proqramını yerinə yetirərək, böyük nəticələr əldə etmək çətindir. Keyfiyyət artımı və proqres əldə etmək üçün yeni texnikaların axtarışında olmalısınız. Sərhədləri aşmağa çalışın. Ən böyük səhv fitnes barəsində hər şeyi bildiyinizi düşünməkdir, daim axtarışda olun.

6. Ciddi işə hazır olun

Əgər güc və kardio məşqlərindən sonra hələ də gücünüz qalıbsa – deməli, pis məşq etmisiniz. Yalnız orqanizmi sərhəd nöqtəsinə (təhlükəsiz) gətirərək, proqres əldə etmək olar.

Çəkiləri artırın, sonadək məşq edin, lakin təhlükəsizliyi də unutmayın, zədə almaq olduqca asandı. Lazımi balansı tapın və həmişə kömək istəyin.

7. Proqresiniz ilə fəxr edin

Bədəninizin dəyişikliyini siz ani və bilmədən hiss edəcəksiniz. Bir gün güzgüdə tam bir başqa bir insanı görəcəksiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın