Home / QADINLAR  / Qadınlar əzələli kişiləri sevirlərmi?

Qadınlar əzələli kişiləri sevirlərmi?

Bir çox kişilər fitnesə gedərək, bədən yığıb, qadınlar arasında cazibədarlıqlarını artırmaq istəyirlər. Bəs qadınlar necə? Onlar həqiqətənmi əzələli kişilərə üstünlük verirlər. Gözəl bədən quruluşuna sahib olan qadın kişinin ağlını başından aldığı kimi, kişilər bunu edə

əzələli kişi qadınla
Bir çox kişilər fitnesə gedərək, bədən yığıb, qadınlar arasında cazibədarlıqlarını artırmaq istəyirlər. Bəs qadınlar necə? Onlar həqiqətənmi əzələli kişilərə üstünlük verirlər. Gözəl bədən quruluşuna sahib olan qadın kişinin ağlını başından aldığı kimi, kişilər bunu edə bilirmi? İDOL.AZ suallara cavab verir.

Qadın üçün gözəl bədən quruluşu sadəcə yaxşı xarici görünüşdür. Qadınlar əsasən kişilərin daxili dünyasının zəngin və gözəl olmasının tərəfdarıdırlar. Siz çox gözəl görsənə bilərsiniz, gözəl bədən quruluşunuz ola bilər, lakin içiniz “boşdursa” əzələ sizə kömək etməyəcək.

Lakin xarici görünüşü kənara atmırlar və qadınlar əzələli kişilərin cazibədar olduqlarını da bildirirlər. Qadını belə kişilər cəlb edir və həmin kişi intellektual olaraq da zəngin düşüncəyə malik olursa, qadınlar ideal kişi obrazlarını reallaşdırmış olurlar. Bəs qadınlar niyə əzələli kişiləri sevirlər. Bunun 10 səbəbini sizə təqdim edirik:

№1. Digər istənilməyən kişilərin ətraflarından uzaqlaşması

Qadınlar daim diqqət mərkəzində olurlar, üstəlik bu qadın gözəldirsə, onun pərəstişkarlarının sayı çox olur. Yanında əzələli kişinin olması isə, pərəstişkarların azalmasına səbəb olur. Beləki, güclü kişi qadınını qoruyacaq. Belə təhlükəsizlik forması qadınların xoşuna gəlir.

№2. Evdarlıq

Enli çiyinli kişi görəndə, qadın dərhal ev potensialı barəsində düşünür. Güclü kişi ev tikməyə qadirdir. Hər bir qadın ev istəyir və sizin əzələləriniz bu evi tikməyə imkan verəcəkdir.

№3. Müdafiə

Əzələli kişi adətən böyük kütləyə malikdir və böyük gösənir. Belə kişi ilə qadın özünü müdafiə olunmuş hiss edir və qaranlıq küçələrdən qorxmur.

№4. Eqoizm

Qadınlar üçün vacibdir ki, onlar ən yaxşı kişiyə sahib olduqlarını hiss etsinlər. Ona 55 kq-lıq botaniklər maraqlı deyil. Bir çoxlarının sevdiyi kişini əldə etmək onun eqosunu sakitləşdirir və o, əlindən gələni edir.

№5. Özünü kiçik şahzadə kimi hiss etmək

Böyük kişinin yanında qadın özünü kiçik şahzadə kimi hiss edir. Kişi nə qədər böyük olarsa, qadın özünü bir o qədər incə hiss edər. Demək olar ki, bütün qadınlar zəif olmaqlarına normal baxırlar. Onlar üçün böyük kişinin qucağında olmaq həyacanlandırıcıdır.

№6. Dünyanın dərdini “çiyinlərinə ala” bilərlər

Fiziki güclə yanaşı, qadın üçün ruhunun zəngin və güclü kişinin yanında olması vacibdir. Enli çiyinlər və güclü əllər bir çox maneəni aşmağa kömək olur ki, qadınları bir çox əziyyətli işdən azad edir.

№7. Güclü kişi – yaxşı ovçudur

Qadınları fiziki güclü kişilər cəlb edir. Belə kişilər evə fili belə ovlayıb gətirməyə qadirdirlər. Şuuraltı olaraq qadınlar üçün güclü kişi tox ailə mənasını daşıyır.

№8. Ehtiras

Qadınlar dəli deyil. Beləki, onlar xəbərdardırlar ki, əzələli kişilərdə testosteronun səviyyəsi yüksəkdir və bu yataqda kişiyə lazım olan ən vacib hormonlardan biridir.

№9. Fəxr etmək

Qadınlar bəzənməyi sevirlər və onlara xoşdur ki, kişilər də öz enerjilərini gözəl görsənmək üçün sərf edirlər. Qadınlar belə kişilər ilə fəxr edirlər.

№10. Paxıllıq hissi

Qadınlar daim bir-biriləri ilə rəqabət aparırlar. Bu səbəbdən əzələli kişi, digər qadınlarda paxıllıq hissi yaratmaq üçün əla bir fürsətdir. Əzələli və gözəl xarici görünüşü olan kişi qadının statusunu yüksək tutacaq ki, bu ona inanılmaz həzz verəcək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın