Home / XƏBƏRLƏR  / İlk süni balalayan pinqvinlər

İlk süni balalayan pinqvinlər

Süni mayalanma üsulu ilə ytişdirilən magellan pinqvinləri yumurtadan çıxdıqdan sonra 13 həftə ərzində sürətlə böyüyürlər. Nəzarət altında olan bu bala pinqvinlər "pioner"lərdir. Bu, süni mayalanma yolu ilə balalayan ilk pinqvin növüdür. Mütəxəssislər magellan pinqvinlərinin reproduktiv biologiyasını

Magellan Pinqvinləri
Süni mayalanma üsulu ilə ytişdirilən magellan pinqvinləri yumurtadan çıxdıqdan sonra 13 həftə ərzində sürətlə böyüyürlər.

Nəzarət altında olan bu bala pinqvinlər “pioner”lərdir. Bu, süni mayalanma yolu ilə balalayan ilk pinqvin növüdür. Mütəxəssislər magellan pinqvinlərinin reproduktiv biologiyasını ətraflı öyrəndiyi üçün bu sahədə uğurlu nəticənin əldə edilməsi 10 ildən çox vaxt aparıb.

“Nəsli kəsilmə təhlükəsi qarşısında olan bu növ süni mayalanma sınaqları üçün ən ideal namizəd idi”, – Dəniz Dünyası reproduktiv proqramlarının elmi direktoru Castin O’Brayn deyir. Çünki bu quşlarla işləmək asandr və onlar qalapaqos ilə afrika pinqvinləri kimi nəsli kəsilməkdə olan növlərə yaxın qohumdurlar.

Mütəxəssislər ümid edirlər ki, magellan pinqvinləri üzərində uğurla sınanmış bu metod nə vaxtsa nəsli kəsilməkdə olan pinqvin növləri üçün yararlı ola bilər. O’Brayn deyir: “Əsas məqsəd nəzarətdə olan, genetik baxımdan fərqli pinqvinlərin sayını qorumaq və hətta yox olmuş növləri bərpa etməkdir”. (national geographic azərbaycan)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın